"Türkiyənin inkişafı beynəlxalq gücləri narahat edir. Beynəlxalq güclərin Türkiyəyə qarşı bu qısqanclığı, PKK-çıların aktivləşməsinə səbəb olub"
21-10-2011 / 16:23
Qardaş Türkiyə bir neçə gün bundan əvvəl tarixinin ən qanlı günlərindən birini yaşadı. Belə ki, PKK terrorçuları 26 türk əsgərini bir gün ərzində şəhid elədilər. Digər tərəfdən bu günə qədər Türkiyə rəsmiləri də bildiriblər ki, hazırda Türkiyə ordusu ilə mübarizə aparan PKK terrorçularının sayı 2 minə yaxındır. Məlum olduğu kimi Türkiyə ordusu dünya orduları içərisində ən güclü və möhtəşəm ordulardan biri hesab olunur. Bəs görəsən dünyanın ən güclü ordusuna sahib olan Türkiyə, niyə qısa müddət ərzində güclü hərbi əməliyyat təşkil edib terrorçuların kökünü kəsmir?
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən politoloq Vəfa Quluzadə bunun bir neçə səbəbi olduğunu qeyd etdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.