Beynəlxalq Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada 100 milyon depressiya xəstəsi var
21-10-2011 / 12:12
FaktXeber.com-un verdiyi məlumata görə, mütəxəssislər depressiyanın cəmiyyətdə tez-tez müşahidə olunan ruhi xəstəlik olduğunu qeyd edirlər.
Depressiyanın özünə məxsus xüsusiyyəti olduğunu və buna mütləq ciddi yanaşılmağın vacibliyini söyləyən araşdırmaçılar hər on insandan, o cümlədən hər beş qadından birinin həyatının bir dövründə depressiya keçirmə ehtimalından da söhbət açıblar.
Beynəlxalq Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 100 milyon depressiya xəstəsi var. Hesabatda müxtəlif həyat hadisələrinin bu xəstəliyin yayılmasına səbəb olduğunu bildirilib.
Alimlər gələcək 10 il ərzində depressiyanın bütün dünyada ürək xəstəliklərindən sonra ən çox yayılan ikinci xəstəlik olacağını da vurğulayıblar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.