Artıq bir çox problem üçün ən sağlam və təbii üsul olaraq bitkilər seçilir
21-10-2011 / 11:34
Tarix boyu insanların müalicə məqsədiylə bitkilərə yönəlməsinin bir çox səbəbi var. Son illərdə bunun daha məşhur olmasının səbəbi, sağlamlıq sığortalarının və dərmanların qiymətlərinin yüksək olmasıdır. Bəzən də xəstəlik üçün ən sağlam və təbii üsul olaraq bitkilər seçilir.
FaktXeber.com-un verdiyi məlumata görə, Amerikanın Los Anceles şəhərindəki Cesars-Sinai Səhiyyə Mərkəzinin araşdırmasında bildirilir ki, tibbi dərmanlar bitkilərlə bərabər təsirə sahib deyil. Ancaq çox vaxt olduqca faydalı olan bu bitkilər, dərmanlardan daha ucuzdur və daha az əks təsir göstərir.
Buna görə də xəstələr bitki müalicələrinə maraq göstərir və həkimlər də gün keçdikcə bitkilərə daha çox müraciət edirlər. Bəzi bitkilər olduqca faydalıdır. Ancaq bəzilərini həkim nəzarəti olmadan istifadə etmək təhlükəlidir.
Bir çox xəstəliklərdə faydalı olan 3 şəfalı bitki:
Aloe Vera: Cəmiyyət arasında ən çox tanınan və istifadəsinə ən çox rast gəlinilən bitki olan aloe vera, günəş və ya qəza nəticəsində baş verən yanıqların müalicəsində istifadə edilir. Yarpağın içindən çıxan su yanıqlarda olan ağrını azaldır və yaxşılaşma müddətini sürətləndirir.
Çobanyastığı: Çay kimi içilən çobanyastığı, bağırsaqlarda yaranan problemləri rahatlaşdırmasıyla tanınır. Həmçinin ürək bulanması və qastrit müalicəsində də istifadə edilir. Çobanyastığının rahatlaşdırıcı xüsusiyyəti həm uşaqlar, həm də böyüklər üçün effektivdir. Yuxu pozğunluğu olan uşaqlarda etibarlı şəkildə istifadə edilə bilər. Çobanyastığı həmçinin stressi də azaldır.
Qəhvə: Ağrıların azaldılmasında, bronxları açaraq qrip, soyuqdəymə və astma kimi xəstəliklərin müalicəsində istifadə edilir.
Koreyalı alimlərin apardığı araşdırmalara görə, qəhvənin tərkibində olan kafein fiziki potensialı da artırır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.