Ən azından beynimizin öz icra funksiyalarını həyata keçirməsi üçün
21-10-2011 / 09:31
FaktXeber.com-un "Science" jurnalına istinadən verdiyi məlumata görə, alimlər apardıqları uzun illik təcrübələrin yekunu olaraq belə qənaətə gəliblər ki, şirniyyatdan imtina edənlər özlərinə çox böyük ziyan vururlar. Onlar silsilə tədqiqatlar apararaq sübut ediblər ki, şəkər orqanizmdə təcavüzkarlıq və stress göstəricisini aşağı sala bilir.
Eksperimentdə iştirak edən könüllülər əvvəlcə tərkibində şəkər əvəzedicisi və ya şəkər olan limonad içib, sonra stress doğuran müxtəlif tapşırıqları yerinə yetiriblər.
Alimlər nitq hazırlamaq tapşırığını yerinə yetirən bəzi könüllüləri özlərindən çıxarmağa cəhd göstərərək, onlara çıxışlarının çox maraqsız və darıxdırıcı olduğunu söyləyiblər. Şirin limonad içənlər o qədər də həyəcanlanmayaraq, narazılıqları və iradları qəbul edərək, elə də aqressiya göstərməyiblər.
Alimlər tədqiqatın nəticəsi olaraq belə qənaətə gəliblər ki, beynin öz icra funksiyalarını həyata keçirməsi üçün, habelə insanın bu və ya digər hərəkətlərinə nəzarət etməsi üçün qlükozaya böyük ehtiyacı var.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.