Görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 129 illiyinə həsr olunan tədbir keçiriləcəkdir
21-10-2011 / 09:26
FaktXeber.com-un verdiyi məlumata görə, oktyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev Muzeyi və Bakı şəhər Yasamal rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 129-cu ildönümü ilə əlaqədar onun abidəsi önündə təntənəli mərasim keçiriləcək.
Qeyd edək ki, gələn il ədibin anadan olmasının 130 ili tamam olur. Bu münasibətlə 2012-ci il oktyabrın 24-25-də AMEA Hüseyn Cavidin Ev Muzeyində beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.