Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyasının (ALP) birgə bəyanat yayıb
20-10-2011 / 16:56
VİP mətbuat xidmətindən FaktXeber.com-a daxil olan bəyanatda bildirilir ki, Azərbaycan hakimiyyəti ölkədə onsuz da acınacaqlı vəziyyətdə olan söz və mətbuat azadlığına daha bir zərbə endirib. Hakimiyyətin azad mətbuata qarşı yönəlmiş basqısının növbəti hədəfi son bir ayda dövriliyini artıraraq, ölkədaxili ictimai-siyasi, sosial-iqtisadi prosesləri daha operativ və obyektiv çəkildə işıqlandıran “Xural” qəzeti olub.
Müstəqil mövqeyi ilə fərqlənən və ölkə həyatının bütün sferalarına aid neqativləri cəsarətlə təqdim edən “Xural” qəzetini susdurmaq üçün redaksiyanın əmlakı müsadirə edilib. Bununla da, tədricən ictimai narazılığın əsas tribunasına çevrilən “Xural” qəzetinin nəşrini davam etdirməsinə çox ciddi problem yaradılıb.
Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) “Xural” qəzetinə qarşı bu basqını hakimiyyətin ölkədə söz və mətbuat azadlığını boğmaq, tənqidçi medianı tam susdurmaq və mövcud problemlərin mətbuat vasitəsilə ictimailəşməsinə imkan verməmək cəhdi kimi qiymətləndirir. VİP və ALP “Xural” qəzetinin qismində müstəqil mediaya qarşı çevrilmiş addımları qətiyyətlə pisləyir və qəzetin nəşrinə yaradılmış problemin ən qısa vaxtda aradan qaldırılmasını tələb edir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.