Uşaqlarımızla daha çox ünsiyyət qurmağımız, onun problemlərini anlayıb həll etməyimiz, aramızdakı etibar və sevgi mühitini inkişaf etdirəcək, uşaqlarımızın ehtiyaclarını qarşılamaq üçün fərqli yollara müraciət etməyəcəyik.
17-08-2009 / 16:40
Uşaqlarımızla daha çox ünsiyyət qurmağımız, onun problemlərini anlayıb həll etməyimiz, aramızdakı etibar və sevgi mühitini inkişaf etdirəcək, uşaqlarımızın ehtiyaclarını qarşılamaq üçün fərqli yollara müraciət etməyəcəyik.
Uşaqlarınızı ictimai mühitlərə istiqamətləndirin
İnternet ictimai olmağı deyil, sosial olmağı öyrədir. Bunun qabağını almaq üçün uşağın ictimai mühit meydana gətirməsini təmin etməliyik. Onun virtual deyil həqiqi dostlar əldə etməsinə imkan verməli, uşaqları bu mövzuda cəsarətləndirməliyik. İnternetdə qurmuş olduğu yoldaşlıqlar haqqında danışmalıyıq. Virtual mühitdə qurulan yoldaşlıqların virtualdan kənara keçməməsini təmin etməliyik.
Uşağın internetin yerinə qoya biləcəyi sahələrə yönəlməsini təşviq etməliyik. Enerjisini doğru olaraq istifadə edə biləcəyi, həqiqi yoldaşlıqlar qura biləcəyi idman fəaliyyətləri əhəmiyyətli bir alternativdir.
Uşağın maddi ehtiyaclarını qarşılayarkən mənəvi ehtiyaclarını da unutmamalıyıq.
Uşaqlarımızın interneti zərərli deyil faydalı bir vasitə olaraq istifadə etməsini təmin etməli onları bu mövzuda məlumatlandırmalıyıq.
Bunu edə bilmək üçün ailənin doğru internet istifadəsi haqqında məlumat sahibi olması çox əhəmiyyətlidir.
Uşaq, internetdən istifadə edərkən gündəlik nizamını, dərsə hazırlaşmasını və yuxu saatlarını diqqətə almalıyıq. Ana və ata bu mövzuda uşağa yol göstərici olmalıdır.
Evdəki internet istifadəsində uşağın fiziki, zehni və ruhi inkişafına mənfi təsir edə biləcək, əxlaqi inkişafını çətinliyə salacaq saytlara maneə törədici tədbirlərin qoyulması da müraciət ediləcək üsullardan biridir.
Doğru internet istifadəsi
Doğru internet istifadəsi uşağın yaşına uyğun saytları ziyarət etməsi və interneti daha çox məlumat məqsədilə istifadə etməsidir.
Əlbəttə uşaq zaman-zaman interneti əyləncə vasitəsi olaraq da istifadə edəcək, lakin bunu edərkən idarə sisteminin şübhəsiz dövrədə olması lazımdır.
İnterneti istifadə edərkən valideynlərin davranışlar uşaqlar üçün bir model təşkil etməlidir. Evdəki vaxtının böyük hissəsini televiziya və ya internet başında keçirən bir ana və atanın uşaqlarından fərqli bir şey gözləmələri qeyri-mümkündür.
Panikaya ehtiyac yoxdur
Uşağınız internetdə çox vaxt keçirir və siz heç bir şey edə bilmirsiniz. Bu vəziyyət bütün valideynlərdə çətinlik ortaya çıxarır. Bu çətinlik nəticəsində bir çox səhv davranış sərgilənə bilər. Diqqət yetirilməsi lazım olan nöqtə, göstərəcəyimiz reaksiyanın doğru olması və uşağa bunun doğru izah edilməsidir. Hər şeyi etdiniz, lakin nəticə ala bilmədinizsə, bu mövzuda mütəxəssislərdən dəstək almanız problemi həll etmənizdə kömək edəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.