Adolf Hitler və Yeva Braun tarix kitablarında yazıldığı kimi 1945-ci il aprelin 30-u Berlində intihar etməyibmiş. Onların Argentinaya qaçaraq burada 17 il də yaşadıqları bildirilir
20-10-2011 / 12:54
FaktXeber.com-un verdiyi məlumata görə, İngiltərəli yazarlar Gerard Villiams və Simon Dunstanın 5 illik araşdırmaları nəticəsində yazdıqları "Grey Wolf: The Escape of Adolf Hitler (Boz canavar: Adolf Hitlerin qaçışı)" adıyla çıxan kitabda nəşr olunub.
HİTLER 1945-Cİ İLDƏN SONRA 17 İL YAŞAYIB
Yazarlara görə, Adolf Hitler 1962-ci il fevral ayının 13-ü saat 15:00-da, Cənubi Amerikada ölüb.
Adolf Hitler və Yeva Braunun ölümüylə əlaqədar tibbi dəlil olmadığını yazan Gerard Villiams, bu barədə "Sky News"dakı çıxışında danışıb. Həmçinin Gerard Villiams da, Stalin, Eyzenhauer və FTX-nin rəhbəri Hooverin, Adolf Hitlerin öldüyünə dair sənəd olmadığını bildiklərini də vurğulayıb.
YEVA BRAUN 2000-Cİ İLLƏRDƏ ÖLÜB
Kitaba görə, 1945-ci ildə aprelin 27-i Adolf Hitler, Yeva Braun və Yevanın qardaşı SS generalı Hermann Fegelein, Berlində yeraltı tunellə qaçaraq təyyarəyə minib, əvvəl Danimarkaya, oradan isə təyyarəsini dəyişərək diktator Frankonun İspaniyasına və oradan yenə təyyarə ilə Sarıbülbül adalarına gedib. Yeva Braun ilə Hitler 1953-cü ildə ayrılıb və Braun 2000-ci illərə qədər yaşayıb.
2011-ci ilin aprel ayında açıqlanan FTX gizli sənədlərində də Adolf Hitlerin Argentinaya qaçdığı qeyd edilibmiş.
Tarixçi Guy Valters isə bu nəzəriyyələrin tamamilə uydurma olduğunu söyləyir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.