Bunların arasında ən çox diqqəti cəlb edən isə "Titanik"də yoldaşı Nellə bal ayında olan Con Snayderin məktubudur
20-10-2011 / 12:49
Faktxeber.com-un verdiyi məlumata görə, Britaniyanın «Daily Mail»i maraqlı fotolar dərc edib. Bu kadrlar laynerin qəzasından cəmi bir neçə saat sonra çəkilib. Ağ-qara fotoların birində aysberqin də şəkli görüntülənib. Nəşrin yazdığına görə, məhz bu buz dağı Titanikin məhvinə səbəb ola bilərdi. Digər fotoda insanlarla dolu iki qayıq var.
Kadrlar qəza yerinə ilk gələn və sağ qalanları göyərtəsinə qəbul edən «Karpat» gəmisindən 1912-ci ilin 15 aprelində çəkilib.
Fotolar arasında batan «Titanik»in yaxınlığından keçən, lakin «SOS» siqnalını eşitməyən «Kaliforniya» gəmisinin şəkli də var.
Ən maraqlısı isə «Titanikdə» yoldaşı Nellə bal ayında olan Con Snayderin məktubudur. O, yazısında gəminin batmağını ətraflı təsvir eləyib: gəmi necə okeanın dibinə gedib, sərnişinlər bir-birinin ardınca batıb…
99 il məktub Snayderlər ailəsinin arxivində qorunub. İndi isə auksionda satılmaq üçün nümayişə çıxarılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.