"Şerşavidzenin hazırladığı gerbin üzərindəki alov süpürgəyə oxşayırdı. Alov isə ümumilikdə İslamın düşmənidir, ona görə də mən onu "Allah" sözü kimi yazdım"
17-10-2011 / 15:32
1988-ci ildən başlayan xalq hərəkatının məntiqi davamı olaraq, Azərbaycan 1991-ci ilin 18 oktyabr tarixində öz müstəqilliyini elan etdi. Azərbaycanın dövlət bayrağı, dövlət himni və dövlət gerbi qəbul olundu. Himn və bayraq barədə kifayət qədər danışılmasına baxmayaraq, gerbimiz barədə çoxları heç bir məlumata malik deyillər. Bəziləri hələ də bilmirlər ki, Azərbaycanın dövlət gerbinin ilk eskizi teatr rəssamı Şerşavidze tərəfindən çəkilib.
Amma çəkilmiş gerb geraldika normalarına uyğun olmadığı üçün 1993-cü ildə Milli Məclis tərəfindən qəbul edilməyib. Sonradan gerbin hazırlanması işləri əməkdar incəsənət xadimi, rəssam-dizayner Rafiq Məmmədova tapşırılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.