Rafiq Məmmədov: "Şerşavidzenin hazırladığı gerbin üzərindəki alov süpürgəyə oxşayırdı"
17-10-2011 / 14:56
1988-ci ildən başlayan xalq hərəkatının məntiqi davamı olaraq, Azərbaycan 1991-ci ilin 18 oktyabr tarixində öz müstəqilliyini elan etdi. Azərbaycanın dövlət bayrağı, dövlət himni və dövlət gerbi qəbul olundu. Himn və bayraq barədə kifayət qədər danışılmasına baxmayaraq, gerbimiz barədə çoxları heç bir məlumata malik deyillər. Bəziləri hələ də bilmirlər ki, Azərbaycanın dövlət gerbinin ilk eskizi teatr rəssamı Şerşavidze tərəfindən çəkilib.
Amma çəkilmiş gerb geraldika normalarına uyğun olmadığı üçün 1993-cü ildə Milli Məclis tərəfindən qəbul edilməyib. Sonradan gerbin hazırlanması işləri əməkdar incəsənət xadimi, rəssam-dizayner Rafiq Məmmədova tapşırılır.
Dosye: Məmmədov Rafiq Həbib oğlu. Gəmiçilik üzrə barmaqla göstəriləcək mütəxəssislərdən birinin evində dünyaya göz açıb. Cəlil Məmmədquluzadənin nəvəsidir. Atası onun da gəmiçi olmasını istəməsinə baxmayaraq, təcrübə zamanı ayağını sındırması, onu əvvəlcədən meyli olan rəssamlıq sənətinə yönəldib. Həyatının yüksəliş dövrü isə o vaxtkı dövlət xadimi Elmira Qafarovanın vasitəsi ilə başlayıb. Sovet İKP MK-nın baş katibi L.İ.Brejnevin 1970, 1978 və 1982-ci illərdəki Azərbaycana səfərləri ilə əlaqədar sərgilərin müəllifi və Lenin Sarayının səhnəsinin tərtibatçısı, Bakıda keçirilən beynəlxalq UNİKA kinofestivalının, Üzeyir Hacıbəyovun yubileyinin, Mirmövsüm Nəvvabın 150 illik, Mirzağa Əliyevin 100, Mirqasımovun 100 illik yubileyinin, H.Əliyevin birinci və ikinci andiçmə mərasimlərinin tərtibatçısıdır. Ümumilikdə 100-dən çox tərtibat müəllifidir.
Gerbin necə ərsəyə gəlməsini isə, Rafiq Məmmədovun öz dilindən eşitsək, daha yaxşı olar...
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.