Türkiyədə bir kəndliyə aid toyuq pinqvin kimi dik gəzir
15-10-2011 / 11:11
Türkiyənin Sakarya vilayəti Karapürçek rayonunun Harmanlı kəndində yaşayan kənd sakininə aid bir toyuq pinqvin kimi hərəkət edir. Toyuğun sahibi Zeynullah Özbudaq bunun bir gecədə baş verdiyini deyib. Bir səhər yem vermək üçün hinə gedən Özbudaq toyuqlardan birinin dik gəzdiyini görüb. Sahibi xəstəlik səbəbilə bunun müvəqqəti hal olduğunu hesab etsə də köhnə vəziyyətinə qayıtmayan toyuq artıq iki aydır pinqvin kimi gəzir. Qəribədir ki, toyuq pinqvin kimi çırpdığı qanadlarından normal toyuqlar kimi istifadə edə bilmir. Dik olması səbəbilə sahibi bu toyuğun yemləndiyi və su içdiyi vaxt çətinlik çəkdiyini deyib. Qeyri-adi görünüşü səbəbilə digər toyuqlara qarışmayan “pinqvin” bütün günü tək dolaşır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.