Uzunömürlü qadının DNA-sında qocalıq xəstəliklərindən qoruyan nadir genetik dəyişikliklər aşkar edilib
15-10-2011 / 11:08
Faktxeber.com-un verdiyi məlumata görə, hollandiyalı alimlər 115 yaşında vəfat edən qadının genlərini şifrələyə biliblər.
Hesabata görə, uzunömürlü qadının DNA-sında qocalıq xəstəliklərindən qoruyan nadir genetik dəyişikliklər aşkar edilib.
Onun 113 yaşı olanda İQ- müəyyənləşdirmək üçün testdən keçirən zaman məlum olub ki, verilən məsələləri 65-70 yaşında qadın səviyyəsində həll edə bilib.
Cəsədin yarılmasından sonra isə aydın olub ki, qadının damar tıxanıqlığı ilə bağlı problemləri də yox imiş.
Alimlərin sözlərinə görə, gələcək araşdırmalar insanların uzun ömür sürməsinin səbəblərini araşdırmağa yardımçı olacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.