ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
ARİF HACILI 8-ci GÜN ACLIQ AKSİYASINI DAYANDIRDI | BUNLAR DÜNYANIN ƏN HÜNDÜRLƏRİDİR, AMMA KOMMUNİKASİYA SAHƏSİNDƏ (İNFOQRAFİKA) | MƏTBUAT KONFRANSINDA QALMAQAL | İRAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNƏ EKSPERT BAXIŞI | AZƏRBAYCAN İSLAM PARTİYASINDA İSTEFA | DOLLARIN MƏZƏNNƏSİNİN QALXMASI ÖLKƏ İQTİSADİYYATINA TƏHLÜKƏ YARADACAQMI? | NAZİRLİYƏ KÜLLİ MİQDARDA ZİYAN VURMUŞ ŞƏXSLƏR HƏBS EDİLİBLƏR | İQTISADİ İNKİŞAF NAZİRLİYİ ŞƏMKİRDƏ KONFRANS KEÇİRİB | BAKIDA SU OĞRUSU TAPILIB | RUSİYANI RƏSMİ BAKIYA QARŞI TƏSİRETMƏ MEXANİZMİ! |

Foto Xəbər
FANTASTİK FİLMLƏRİN KADRAXASI
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

n KƏND KAFESİNDƏ ƏXLAQSIZLIQ YUVASI AŞKARLANDI
n İRAN SƏFİRİNİN GERİ ÇAĞIRILMASININ SƏBƏBİ AÇIQLANDI
n BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ
n MƏTBUAT KONFRANSINDA QALMAQAL
n DAHA 11 DİNDAR HƏBS EDİLDİ
n "BİZ MÜVƏQQƏTİYİK, SİZİ DAİMİLƏRƏ TAPŞIRIRIQ, ONLARDAN YAPIŞIN!"
n AZƏRBAYCAN İSLAM PARTİYASINDA İSTEFA
n KURTLAR VADİSİ PUSU 160-CI BÖLÜM FRAQMENTİ YAYIMLANDI
n PARLAMENTDƏ NİFRƏT VƏ TƏHQİR PÜSKÜRMƏSİ

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 
 
 
GENİNİ DƏYİŞDİRMƏK İSTƏMƏYƏNLƏRİN NƏZƏRİNƏ!
 
 
78 yaşlı Mais müəllim sovet dövrünü heç cür unuda bilmir. Deyir ki, o vaxt hər şey başqa cür idi. Adi ərzaq dükanına girəndə bir tərəfdə kolbasa ətri, bir tərəfdə kofe, bir tərəfdə təzə tərəvəz ətri adamı elə feyziyab edirdi ki, lap bihuş olurdun


14-10-2011 / 17:35


78 yaşlı Mais müəllim sovet dövrünü heç cür unuda bilmir. Deyir ki, o vaxt hər şey başqa cür idi. Adi ərzaq dükanına girəndə bir tərəfdə kolbasa ətri, bir tərəfdə kofe, bir tərəfdə təzə tərəvəz ətri adamı elə feyziyab edirdi ki, lap bihuş olurdun: “Hələ dondurmanı demirəm, qaymaq dadı verirdi. Pomidor-xiyarı kəsəndə nəfis ətri ətrafa elə yayılırdı ki, saatlarla getmək bilmirdi. Amma indi xiyar alıb soyursan, amma heç bir iyi gəlmir. Kolbasa alırsan məlum olur ki, tərkibinin 80 faizi kartondur. Abşeron pomidoru həm iri, həm də ətirli olurdu. Ancaq indi pomidorların muncuq kimi gözəl görünüşü var. Süd məhsullarına da o qədər qatqı vurulur ki, nə yediyin məlum deyil. Çox heyf, o vaxt hər şeyin əsl öz dadı, öz qoxusu var idi. O vaxtı olan hər şey üçün insanın burnunu ucu göynəyir”.

Bir çoxlarına Mais kişinin sözləri Sovet təfəkkürlü, o dövrdən əl çəkə bilməyən birisi kimi gələ bilər. Əslində isə onun sözlərində çox böyük həqiqət var. XXI əsrdə texnologiyanın ən yüksək inkişaf etdiyi bir vaxtda istehlak etyimiz hər şeyi təəssüf ki, süni şəkildə əldə edirik. Nə əvvəlki dondurma, kolbasa, bulkalar, nə də mevyə-tərəvəzlər artıq öz dadını saxlayıb.


Hazırda bazar və dükanlarda çox fərqli meyvə-tərəvəzlərə rast gəlirik. Görünüşü olduqca gözəl və nəfisdir, nə bir qurdu və nə çapıq yeri var, eyni zamanda isə dadı və ətri yoxdur. Ehtimal ki, bir çoxlarınız bunun fərqinə varmısınız, amma həqiqətdə bunun nə olduğunu bilmirsiniz. Çox güman ki, heç varlığından belə xəbəriniz yoxdur.




Həmin məhsullar daha çox GMO adı ilə tanınır. Yəni bu məhsullar geni modifikasiya olunmuş (dəyişdirilmiş) məhsullardır. Geni modifikasiya olunmuş qida məhsulları (GMO) qida sahəsində dünyanın üzləşdiyi ən böyük problemlərdən biridir. Bunu əraq terrorizmi də adlandırmaq olar.


Bəs GMO nədir?


GMO hər hansı orqanizmə ona yad olan orqanizmlərdən genlərin köçürülməsi sayəsində yaradılır. Nəticədə alınan hibrid orqanizmlər –geni modifikasiya olunmuş – GMO adı altında elmə məlumdur. İlk dəfə Pol Dev 1972-ci ildə bir mikroorqanizmə 3 müxtəlif mənbədən genlər köçürərək yeni kombinat mirkoorqanizm əldə edib. Lakin alim etiraf edib ki, belə orqanizmlər yoxlanılmadan, nəzarət altından çıxıb ətraf mühitə buraxılsa, onun yaratdığı təhlükələrin qarşısı alınmaz olacaq. Təhlükəni hiss edən alim həmkarları ilə belə orqanizmlərin təhlükəsizliyinin tam sübuta yetirilməyənədək təhlükəli hesab olunmalı və ətraf mühitə buraxılmaması barədə bəyanata imza atıb. Ancaq artıq gec idi, çünki bu metodlar işlənib hazırlanmışdı.




GMO sahəsində işlənib hazırlanan hər bir metodun özünün çatışmazlıqları var. Hazırda təkmilləşdirilmiş tam metod - yəni alimlər köçürülmüş genin başqa genlərlə hansı formada qarşılıqlı münasibətdə olması və köçürülmüş genin yaratmış olduğu bioloji aktiv maddələrin yalnız arzu edilən deyil, digər əlamətlərə nə dərəcədə təsir göstərə bilməsindən əmin deyillər. Bütün bunlara baxmayaraq bütün dünyada bu metodlar hazırlanandan sonra geniş yayılıb. Bu metdodlar alimlərin ən müxtəlif orqanizmlərdə genetik manipulyasiyalar aparıb yeni geni dəyişdirilmiş mikroorqanizm, bitki və yaxud heyvan mənşəli canlı hibrid orqanizmlər yarada bilməsinə imkan yaradıb. Əsas problem isə geni dəyişdirilən bu məhsulların yaratdığı fəsadların necə olacağı məlum deyil.


ABŞ, Almaniya və İsveçrəyə məxsus 3 şirkət ərzaq çatışmazlığı adı altında ucuz və zəhərli yeyinti məhsulları istehsal ediblər. 1998-ci ildə laborator müayinələr bu məhsulların idxal üçün zərərli olduğunu aşkara çıxarıb. Məlum olub ki, insan orqanizminə yaxın olan siçanlara yedirdilən bu məhsullar onları məhv etməklə yanaşı, nəsilartırma qabiliyyətini azaldır. Bu məhsullardan yeyən siçanların beyin hüceyrələri, qaraciyəri və digər daxili orqanlarının funksiyaları kiçilir, hemoqlabinin miqdarı kəskin şəkildə azalır.


Hazırda 120-dən artıq ən müxtəlif kənd təssərrüfatı bitkilərində genetik modifikasiya olunmuş analoqlar yaradılıb. Bunun 64-ü son məlumatlara görə, təsərrüfatlarda tətbiq olunur. 23 ölkə GMO orqanizmləri kənd təsərrüfatı məhsullarında becərir. Sonuncu olaraq Misir bura daxil olub. Bu ölkə 4 qarğıdalı analoqunu Cənubi Afrikadan əldə edib və 4 əyalətdə becərilməsinə icazə verib.




Uzun müddət saxlama qabiliyyətinə malik olan bu məhsullar kütləvi şəkildə istehsal olunur. Məsələn, qışda satılan pomidora soyuğa davamlılığı artırmaq üçün şimal dənizi balığının geni, badımcana isə əqrəb geni vurulur. Qışda dadsız çiyələk, pomidor, xiyarın satılması təəccüblü olmamalıdır. Əvvəllər belə məhsulları parnikdə yetişdirərdilər, ancaq indi o məhsullara heyvan geni köçürülərək yetişdirilir.


Transgen meyvə-tərəvəzlə yanaşı, müəyyən hormonlarla 30-40 günə böyüdülən toyuqlar da bu bəlalara daxildir. Keyfiyyətli qida məhsullarını xaricdən gətirib həmin keyfiyyətdə satışa çıxarmaq mümkün deyil. Ət və süd məhsullarının saxlanma müddəti 6 saatdan 72 saatadəkdir. İndi bizə xaricdən gətirilən belə məhsulların saxlanma müddəti üzərindəki etiketində 6-12 ay yazılır. Həmin ölkələr satışdan milyardlarla dollar pul əldə edirlər. Ən maraqlısı isə budur, istehsalçı ölkələr GMO məhsulları öz ölkələrində olduqca az miqdarda satışa çıxarır. Transgen məhsullar inkişaf etməkdə olan və geridə qalmış ölkələrə ixrac olunur.


Bazara çıxarılan məhsullar ucuz qiymətə satılır, məlumatsız əhali isə təbii şəkildə ucuz mala üstünlük verir. Demək olar ki, bütün qida məhsullarında transgen məhsullar ola bilər. Xaricdən gətirilən qidalarla yanaşı, üstəlik əkin sahələrində gen-bol işlədilən geni dəyişdirilmiş toxum məhsulları da özünə yer tapmaqdadır. Qeyri-rəsmi məlumata görə, Avstraliyadan Azərbaycana geni dəyişdirilmiş məhsulların şitilləri gətirilir və Aran zonasında becərilir. Geni dəyişdirilmiş qarpız, kartof və pomidor sortları da artıq ölkəmizə gətirilərək əkilməkdədir.


Biz niyə bu məhsullardan imtina və ehtiyat etməliyik?




Geni modifikasiya olunmuş qidalar orqanizmdə müəyyən hüceyrədaxili və hüceyrəxarici toksinlərin toplanmasına səbəb olur. Bu toksinlər zəhərdir və insanda onkoloji və uzun sürən xroniki xəstəliklərin inkişaf etməsinə səbəb olur. Belə məhsullar genofondumuza ziyan vurması baxımından da təhlükəlidir.


Transgen məhsullar nəsil artımını azaldır. Maddələr mübadiləsinin pozulması, piylənmə, habelə bunlarla yanaşı hormonal dəyişikliklər, pozuntular əmələ gəlir. Geni dəyişdirilmiş qidalar kişi sonsuzluğuna səbəb olur. Ayaqüstü qəbul edilən, konservləşdirilmiş qidalar bu baxımdan çox zərərlidir. Ələxsus uşaqlar, tələbələr, hamilə qadınların geni dəyişdirilmiş qidaları qəbul etmələri gələcəyimiz üçün təhlükə törədir. Bu məhsullar cinsi zəiflik yaratmaqla yanaşı, müəyyən qüsurlu uşaqların doğulması, irsi xəstəliklərə səbəb olur. Bundan əlavə bütün yaş kateqoriyalı insanlarda mədəaltı vəzi, qaraciyər xəstəlikləri, qanazlığı, dəri xəstəlikləri, xərçəng, köpmə, hətta uzun sürən xroniki dəri xəstəlikləri, qadın sonsuzluğu qəbul edilən bu cür geni dəyişdirilmiş qidalardan yaranır.


Transgen məhsullar genofondu məhv etməklə yanaşı, immun sistemimizi parçalayır. Bu məhsulların gələcəkdə dəqiq nə ilə nəticələnəcəyi məlum olmasa da, aparılan bir sıra elmi araşdırmalar göstərir ki, geni dəyişdirilmiş məhsulların geniş istifadəsi təkcə fiziki problemlər deyil, eyni zamanda insanların psixologiya və şüuruna da mənfi təsir göstərir. Bu məhsullarla böyüyən gənclər ailə qurduqdan sonra hormonal problemlərlə üzləşir, valideyn ola bilmirlər. Dünyaya gələn övladlar isə çox vaxt xəstə olur.


Azərbaycana GMO-ların gətirilməsi




Azərbaycan Milli Elmlər Akademiyasnın Genetik Ehtiyatlar İnstitutunun biologiya elmləri namizədi, baş elmi işçi Naib Əminov ANS PRESS-ə bildirdi ki, son zamanlar Azərbaycanda da GMO-lar satışa çıxarılıb, bura ərzaq- kənd təssərrüfatı bitkilərinin çoxu daxildir.


Naib Əminov yeni sortların yaradılmasında klassik üsul- təbii hibridləşmə yolunun ən yaxş olduğunu vurğuladı. Hər bir orqanizmin özünə məxsus genom strukturu var, yeni gen köçürülsə orada sabitlik pozulur.


Azərbaycanda bazarda satılan məhsullarda markalanma aparılmır


İnstitutun fəlsəfə elmləri doktoru Ruhangiz Məmmədova isə bildirdi ki, hələlik Azərbaycanda bazarda satılan məhsullarda markalanma aparılmır və əhali arasında bu sahədə maariflənmə olduqca zəifdir. İnsanlar GMO-nun nə olduğunu bilmirlər.


R. Məmmədovanın sözlərinə görə, genomun daxilində dəyişiklik etmək olar, amma bir genə başqa bir genin daxil edilməsi, əlbəttə ki, immun sistemini dağıdır. Bu, insan üçün böyük zərbədir. Orqanimzdə olan mikrofloraların kənar müdaxilələrə necə reaksiya verəcəyi hələlik sual altındadır. Bunun üçün araşdırmalara ehtiyac var.


Azərbaycanda GMO-larla bağlı qanun yoxdur


Azərbaycana gətirilən kənd təsərrüfatı məhsulları içərisində soya, soya mənşəli, kartofun bəzi analoqları var ki, onların genetik modifikasiyaya uğramış mənşədən olduğu heç bir şübhə doğurmur. Son vaxtlar çuğundur, alma, armud və s. bu siyahıya əlavə edilib. Bir sıra ölkələr bu fraqmentin faizini dəqiqləşdirir və o faizdən yuxarı artıq qəbul etmirlər. Həmin ölkələrdə bunu tənzimləyən mexanizm mövcuddur. Azərbaycanda isə hələlik bununla bağlı heç bir qanun layihəsi mövcud deyil, ona görə də bu GMO-lar artıq bizim bazarlarımıza da yol tapa biliblər.


Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ANS-ə açıqlamasında bildirdi ki, Azərbaycanda Geni Modifikasiya Olunmuş qidalarla bağlı komitədə müzakirələr olub. İmkan olan kimi həmin qanun layihəsi gündəliyə salınıb Milli Məclisə müzakirəyə çıxarılacaq. Bu, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərli istifadəsi” adlı qanun layihəsi olacaq.


Eldar İbrahimovun sözlərinə görə, qanun layihəsinə GMO-nun ölkəyə gətirilməsini qadağan edən bəndin salınacağı da gözlənilir. Lakin yekun nəticə parlamentdə olacaq müzakirələrdən sonra məlum olacaq.




Əslində Azərbaycanda GMO-ların gətirilməsini qadağan edən qanun mövcuddur


“1997-ci ildə "Toxumçuluq haqqında qanun"un 27-ci maddəsində qeyd olunub ki, gen mühəndisliyi sayəsində əldə edilən toxumların, yəni genetik modifikasiya edilmiş orqanizmlərin Azərbaycana idxalına icazə verilmir. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunun 3-cü maddəsində də müəyyən müddəalar əksini tapıb. Qanunun 6.05 maddəsində ekoloji təmiz kənd təsərrüfatına dair tələblərdən birində ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalında genetik modifikasiya olunmuş orqanizmlər, onların törəməsindən istifadə edilmənin qadağan olunmasıdır. Bu qanunun ekoloji təmiz kənd təsərrüfatı ərzaq məhsullarının markalanması adlanan 16.09 maddəsində alıcıların seçim etmək hüququnu təmin etmək məqsədilə Azərbaycan Respublikasında satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalı da genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə haqqında məlumatlar, 18.4 maddəsində Azərbaycana idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində GMO-dan istifadə haqqında məlumat göstərilməli olduğu qeyd edilib”, deyə E. İbrahimov bildirdi.


Millət vəkili ölkəyə GMO məhsulları gətirənlərin, qanunu pozanların cəzalandırılmalı olduğunu da deyib. Onun fikrincə, İnzibati Xətalar Məcəlləsində müəyyən cəzalar, cərimələr nəzərdə tutulmalıdır.


"Dövlət Gömrük Komitəsi məhsulların yoxlanılması ilə bağlı laboratoriya olmalıdır"


Kənd Təssərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev isə ANS PRESS-ə bildirdi ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə qanun layihəsi hazırlanıb və Milli Məclisdə birinci oxunuşda buna baxılıb. Sabir Vəliyev də Eldar İbrahimovun sözlərini təsdiqlədi. Şöbə müdiri “Ekoloji təmiz məhsullar” haqda qanunda GMO –nun ölkəyə gətirilməsinin qadağan olunduğunu dedi: “Azərbaycan Dövlət Gömrük Komitəsi sərhəddə laboratoriya qoymalıdır. Eləcə də aidiyyatı qurumlar bununla məşğul olmalıdırlar”.


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də hələlik GMO-ilə bağlı konkret qanunvericiyilin olmamasını əsas gətirərək belə məhsulların ölkəyə daxil olduğunu bildirdi. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ANS PRESS-ə söylədi ki, bu sahəni tənzimləmək üçün qanun layihəsi hazırlanıb. Bu qanun qəbul ediləndən sonra həmin məhsulların kütləvi şəkildə laborator analizləri aparılacaq. Məhz bundan sonra hansı məhsulun geni neçə faiz dəyişdirilib, neçə faiz dəyişdirilməlidir, bütün bunlar müəyyən olunacaq.




Azərbaycanda ilk dəfə geni modifikasiya olunmuş məhsulların olmasını müəyyən etmək üçün laboratoriya qurulub


Fazil Talıblı belə qanun olmamasına baxmayaraq eksklüziv olaraq ANS PRESS-ə müsahibəsində qeyd etdi ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilk dəfə olaraq Sınaq-Təcrübə Mərkəzində tərkibində geni modifikasiya olunmuş məhsulların olmasını müəyyən etmək üçün laboratoriya qurub. Bu, Almaniyanın 2010-cu ildə istehsal etmiş ən müasir biogen
Biokube (Biocube) və “Roter Gene D” avadanlıqlarıdır.

DNT-ni yoxlamaq üçün öncə həmin məhsuldan DNT-ni çıxarmaq lazımdır. “Biokube” qurğusu bu prosesi avtomatlaşdıraraq, prosesin daha sürətli və dəqiq həyata keçirilməsinə imkan verəcək. Məhsuldan çıxarılan DNT-yə müvafiq reaktivlər əlavə olunduqdan sonra Roter Gene D avadanlığına qoşulacaq. Həmin DNT GMO-dursa, onda avadanlıq kompüter vasitəsilə onun müvafiq nəticəsini verəcək.


Fazil Talıblı istehlakçıların hüquqlarını müdafiə etmək naminə GMO-lar ixrac edilən ölkələrdən gələn məhsulları nəzarətdə saxlamaq üçün bu laboratoriya vasitəsilə məhsulların analizini apardıqlarını vurğuladı. Onun sözlərinə görə, hələlik ciddi bir fakt əldə edilməsə də, bu istiqamətdə iş davam etdirilir: “Mütəxəssislərimiz məhz GMO-lar üzrə xaricdə kurslar keçirlər, onlar qayıtdıqdan sonra burada daha təkmil şəkildə analizlərin aparılmasına imkan olacaq. Lakin hələlik müvafiq qanun olmadığından bunun qarşısını ala bilmirik”.




Hər halda artıq bilirik ki, bizim ölkəmizdə də geni dəyişidirilmiş və ya modifikasiya olunmuş məhsullar gətirilir və satılır. Mütəxəssislər də hələlik bunların nə nəticə verəcəyini bilmirlər. Amma məncə, nəticələri artıq bütün dünyada görünür: İkibaşlı doğulan körpələr, 35 barmağı olan uşaqlar, ümumiyyətlə cinsini müəyyənləşdirə bilməyən “qeyri-müəyyən” cinsli insanlar... və s. siyahını çox uzatmaq olar. Bir sözlə, bu GMO-lar sözün əsl mənasında bioterrorizmdir. Nəticədə yəqin ki, Hollivud filmlərində gördüyümüz dəhşətli, əcaib varlıqlara çevriləcəyik. Allah bizləri qorusun...

 

Şərh et

Çap variantı

Rəylər

Əsas bölmədəki digər xəbərlər.

n

19/05/2012 - 17:19 NAZİR PREZİDENT AİLƏSİNƏ AİD QIZIL YATAQLARI İLƏ BAĞLI SUALLARI CAVABLANDIRDI

n

15/05/2012 - 15:39 ZAQATALADA DAĞINTILARIN ARASINDA HƏYAT BU CÜR DAVAM EDİR

n

10/05/2012 - 09:06 BAKU CRYSTAL HALL-UN SİRLƏRİ

n

04/05/2012 - 16:26 XƏDİCƏ İSMAYILIN PREZİDENT AİLƏSİ BARƏDƏ YENİ ARAŞDIRMASI

n

01/05/2012 - 17:18 ONU 13 MAŞIN, 12 MOTOSİKL VƏ 85 POLİS QORUYUB

n

28/04/2012 - 09:28 RUSİYANIN RLS-ləri VƏ YA MOSKVA DÜNYANI NECƏ GÜDÜR

n

27/04/2012 - 12:19 SUMQAYITDA KÜTLƏVİ UŞAQ OĞURLUĞU

n

25/04/2012 - 15:41 II DÜNYA MÜHARİBƏSİNDƏ TƏKCƏ HİTLER QƏDDARLIĞI İLƏ SEÇİLMƏYİB (foto)

n

17/04/2012 - 17:04 ONUN QURBANLARININ SAYI MƏLUM DEYİL

n

14/04/2012 - 13:58 HOLLANDİYANIN ARTUR RƏSİZADƏSİ. ONUN ADI MARK RUTTEDİR

n

06/04/2012 - 18:12 PKK GEY VƏ LESBİYANLARDAN İBARƏT BATALYON YARATDI

n

31/03/2012 - 14:24 İSRAİLİN DƏHŞƏTLİ İŞĞAL XƏRİTƏSİ

n

29/03/2012 - 13:19 "EVLİLİK PROQRAMLARINA YOX DEYƏK"

n

28/03/2012 - 16:45 MİKRAFON QURBANLARI VƏ YA SİYASƏTÇİLƏRİN BAŞINA GƏLƏN MƏZƏLİ ƏHVƏLATLAR

n

27/03/2012 - 17:54 LƏZZƏT ÜÇÜN ƏRLƏRİNİ ÖLDÜRƏN QADIN

n

14/03/2012 - 09:15 AZƏRBAYCAN MƏMURLARININ XİDMƏTİ AVTOMOBİLLƏRİNİN QİYMƏTİ 80.000-200.000 AVRO ARASINDA DƏYİŞİR

n

13/03/2012 - 12:34 GÖZLƏRİMİZİ KOMPÜTER VƏ TELEVİZORDAN NECƏ QORUYAQ?

n

12/03/2012 - 17:45 BU VİDEONU İNTERNETDƏ 74 MİLYON NƏFƏR İZLƏYİB. BİLİRSİNİZ NİYƏ?

n

06/03/2012 - 13:47 "DAHA ÇOX İNSAN ÖLDÜRMƏK!"

n

28/02/2012 - 14:44 İNGİLTƏRƏNİN SOMALİDƏ NEFT OYUNU

n

28/02/2012 - 14:25 LEYLA ƏLİYEVA: "MƏNİM ÖZÜMÜN BİZNESİM VAR"

n

25/02/2012 - 15:45 HÖKUMƏT PENSİYA VƏ MAAŞLARIN ARTIRILMASI ÜÇÜN AYRILAN PULU KONSERT ZALININ TİKİLMƏSİNƏ YÖNƏLDİB

n

20/02/2012 - 17:36 HİTLERİN QEYRİ-QANUNİ OĞLU VAR İMİŞ (foto)

n

13/02/2012 - 16:31 QƏTƏR AVROPADA VƏHHABİLİYİN YAYILMASINA SPONSORLUQ EDİR

n

11/02/2012 - 10:20 AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

n

09/02/2012 - 18:28 İNTİHAR YAŞI NİYƏ GƏNCLƏŞİB?

n

03/02/2012 - 16:42 MİLYONDA BİR RAST GƏLİNƏN XƏSTƏLİKLƏR

n

02/02/2012 - 14:36 HƏYATIMIZDA BAŞ VERƏ BİLƏCƏK FƏLAKƏTLƏRİN QARŞISINI ALMAQ ÜÇÜN NƏLƏRƏ DİQQƏT ETMƏLİYİK?

n

30/01/2012 - 15:49 FACEBOOKUN KÖHNƏ DİZAYNINA NECƏ QAYIDAQ?

n

30/01/2012 - 13:12 BÜDCƏ VƏSAİTLƏRİNİ MƏNİMSƏMƏK ÜÇÜN NÖVBƏTİ TƏLƏ

n

28/01/2012 - 10:32 YASAMAL BAZARI YERLƏ-YEKSAN EDİLDİ

n

27/01/2012 - 17:08 QIRMIZIDƏRİLİLƏR DƏ ORTA ASİYALI İMİŞ

n

27/01/2012 - 15:30 NEMƏT PƏNAHLININ EVİNƏ BİR AYDIR İŞIQ VERİLMİR

n

26/01/2012 - 14:55 1,5 MİLYARDA DOLLAR HARA XƏRCLƏNİB?

n

19/01/2012 - 11:11 OSMANLI PADŞAHLARININ BƏZİLƏRİNİN UŞAĞININ OLMADIĞINI BİLİRDİNİZMİ?

n

18/01/2012 - 17:54 ƏSİR VƏ GİROVLARIMIZDAN NƏ XƏBƏR VAR?

n

18/01/2012 - 10:26 ERMƏNİSTANDAKI AZƏRBAYCANLI ƏSİRLƏRDƏN CANLI DONOR KİMİ İSTİFADƏ OLUNURMUŞ

n

14/01/2012 - 13:31 ABŞ-ın QUANTANAMO SİMASI

n

13/01/2012 - 15:41 "OĞLUM PEYVƏNDDƏN SONRA AUTİZM XƏSTƏLİYİNƏ TUTULUB" - Foto

n

12/01/2012 - 14:58 AVROPANIN ƏN BAHALI HOTELLƏRİ AZƏRBAYCANDAYMIŞ!

n

12/01/2012 - 11:40 GEY-PARAD MÜZAKİRƏLƏRİ GƏRGİNLİYƏ SƏBƏB OLDU!

n

11/01/2012 - 13:32 İTALİYA MAFİYASININ İLLİK GƏLİRİ 140 MİLYARD AVRODUR

n

10/01/2012 - 17:43 AZƏRBAYCAN PAYTAXTINDA "QOLUBOY"LAR 4 GÜN MİTİNQ KEÇİRƏCƏKLƏR!

n

30/12/2011 - 16:21 2011-Cİ İLİN ƏN YAXŞI PC OYUNLARI

n

29/12/2011 - 12:37 PKK TERROR TƏŞKİLATININ DİNİ BATAQLIĞI

n

27/12/2011 - 17:45 BMT-nin YENİ QANUNU AZƏRBAYCANI NƏYƏ VADAR EDƏCƏK?!

n

24/12/2011 - 12:32 ƏLCƏZAİR SOYQIRIMI - Made in France

n

23/12/2011 - 16:45 DİKTATORLARIN SƏKKİZ SİRRİ

n

23/12/2011 - 16:45 FRANSANIN TÖRƏTDİYİ SOYQIRIMLAR

n

23/12/2011 - 16:06 AZƏRBAYCANIN ABORT BƏLASI

n

23/12/2011 - 13:10 KXDR-in YENİ RƏHBƏRİNİN 10 HOBBİSİ

n

22/12/2011 - 11:44 FƏLƏSTİNLİ BUŞRA İSRAİL HƏBSXANASINDAN DANIŞIB

n

19/12/2011 - 16:07 CƏLLAD HƏYATA KEÇİRDİYİ EDAMLAR BARƏDƏ DANIŞDI

n

12/12/2011 - 10:00 DİNİ ƏDƏBİYYATIN 200 MANAT CƏRİMƏDƏN 5 İLƏDƏK DƏYİŞƏN CƏZASI

n

09/12/2011 - 15:17 "ALTI DÜŞÜNCƏ PAPAĞI" ÜSULU NƏDİR?

n

08/12/2011 - 10:33 PREZİDENTİN MAAŞI MÜƏLLİMİN MAAŞINDAN 61 DƏFƏ ÇOXDUR

n

07/12/2011 - 15:43 MAFİYA TARİXİ BARƏDƏ BİLMƏDİKLƏRİMİZ

n

05/12/2011 - 15:15 MİSİR SEÇKİLƏRİ İSRAİLİ ƏMƏLLİ-BAŞLI QORXUYA SALIB

n

01/12/2011 - 15:31 UŞAĞIN ÇÖPÜ QALMIŞDI, ÇÖPÇÜ ÇIXARTDI - İKİ FƏRQLİ MÖVQE

n

01/12/2011 - 15:37 "TÜRKİYƏNİN ƏN AZI 10 ATOM BOMBASI VAR"

n

28/11/2011 - 11:48 QISIRLAŞAN VƏ QISIRLAŞDIRILAN DƏRMANLAR

n

19/11/2011 - 11:43 "JALƏ"DƏN YALANÇI HƏDİYYƏLƏR KAMPANİYASI

n

19/11/2011 - 10:42 "RASTAMOŞKA"DA VAHİD PƏNCƏRƏ NƏYİ DƏYİŞİB?

n

16/11/2011 - 17:22 QOBİ SƏHRASINDAKI OBYEKTLƏRİN SİRRİ NƏDİR?

n

16/11/2011 - 11:11 ERMƏNİ TERROR TƏŞKİLATLARI

n

14/11/2011 - 12:16 SON BİR İLDƏ NEÇƏ NƏFƏR MÜSƏLMAN OLDU?

n

09/11/2011 - 15:35 SAAKAŞVİLİ HÖKUMƏTİ TÜRKLƏRİN BAŞINA OYUN AÇIR

n

05/11/2011 - 14:27 BOŞANANLARIN SAYINI AZALTMAQ ÜÇÜN NƏ EDƏK?

n

04/11/2011 - 15:17 HƏR 80 DƏQİQƏDƏ BİR NƏFƏR ABŞ HƏRBÇİSİ İNTİHAR EDİR

n

31/10/2011 - 10:42 2018-cı İLƏ QƏDƏR AVROPADA MÜHARİBƏ OLACAQ

n

29/10/2011 - 15:39 SAATLARIN ÇƏKİLMƏSİNİN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

n

24/10/2011 - 12:00 DİKTATORLARIN DƏRS ÇIXARMASI LAZIM OLAN HƏYAT HEKAYƏLƏRİ

n

22/10/2011 - 13:26 ÖLKƏNİN QAZ GƏLİRLƏRİ GİZLƏDİLİR!

n

18/10/2011 - 11:52 BİZ NƏ İÇİRİK?

n

17/10/2011 - 10:48 YENƏ ŞİKAYƏT, YENƏ TƏHSİL NAZİRLİYİ

n

14/10/2011 - 17:35 GENİNİ DƏYİŞDİRMƏK İSTƏMƏYƏNLƏRİN NƏZƏRİNƏ!

n

13/10/2011 - 13:39 DÜNYANIN ƏN BAHALI 100 BRENDİ -2

n

12/10/2011 - 17:57 DÜNYANIN ƏN BAHALI 100 BRENDİ -1

n

12/10/2011 - 10:47 İŞ DƏFTƏRLƏRİNİN PULU KİMİN CİBİNƏ GEDİR?

n

10/10/2011 - 17:09 ÇİN MODELİNDƏN NƏ GÖTÜRMƏK OLAR?

n

10/10/2011 - 10:40 DİREKTORUN VALİDEYNDƏN İSTƏDİYİ PULLARIN SİYAHISI

n

04/10/2011 - 16:40 ATOM STANSİYALARI VƏ ONLARIN İŞİ BARƏDƏ BİLMƏDİKLƏRİMİZ

n

04/10/2011 - 15:38 ƏSGƏRİN DİAQNOZU və NASİST HƏKİM

n

03/10/2011 - 13:36 BU ÖLKƏDƏ YAŞAMAQ HAVAYIDIR!

n

30/09/2011 - 14:31 MƏKTƏBİ SİNİFDƏ QALA-QALA BİTİRƏN TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİ

n

28/09/2011 - 14:27 MARKS ÖZÜ KAPİTALİST OLUB

n

27/09/2011 - 17:22 DÜNYANIN ALINAN VƏ SATILAN KƏŞFİYYATÇILARI - 2

n

26/09/2011 - 10:10 AZƏRBAYCANDA ÇÖRƏK İSRAF ELƏMƏYİN SƏBƏBİ NƏDİR?

n

23/09/2011 - 16:40 ALMANİYADA RUS CASUSLARI KABUSU

n

21/09/2011 - 12:59 MÜASİR HƏYATI RƏDD EDƏN QƏBİLƏ

n

20/09/2011 - 14:34 DÜNYANIN ALINAN VƏ SATILAN KƏŞFİYYATÇILARI - 1

n

17/09/2011 - 14:31 3 ÇEÇENİN QƏTLİNDƏ MARAQLI DETALLAR

n

17/09/2011 - 12:12 PARTİYA SƏDRİNİN ADI NAZİRİN "MAAŞ CƏDVƏLİ"NDƏ

n

15/09/2011 - 10:10 PAYTAXTDA AVTOBUS DAYANACAĞI OYUNU

n

14/09/2011 - 11:05 BULVARDAKI KAFEDƏ YƏHUDİ İZİ

n

12/09/2011 - 15:36 HƏR İL 1,5 MİLYON İNSAN NİYƏ ÖLÜR?

n

07/09/2011 - 17:47 KRALİÇANI ÖLDÜRƏN KREM

n

07/09/2011 - 15:59 ABŞ-ın TROYA ATI

n

06/09/2011 - 17:17 DOĞUM TARİXİ PEŞƏ SEÇİMİNƏ TƏSİR GÖSTƏRİR

n

03/09/2011 - 11:44 DİKTATORLARIN SARAY HƏYATI


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
HƏSƏN KƏRİMOV
"Yaxşı olardı ki, azərbaycanlı millət vəkillərinin Ermənistana səfərindən danışsınlar. Başda prezident olmaqla, ölkənin digər rəsmiləri ermənilərlə daha çox əlaqə yaradırlar"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.