"İqtidar çalışır ki, partiyalara veriləcək maliyyəni özünün bir ənamı kimi təqdim eləsin. Xalqın büdcəsi heç kəsin ata mülkü deyil ki, ondan kimə istəyirlərsə pay versinlər"
14-10-2011 / 16:46
Hakimiyyətin “Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişiklikləri ilin sonunadək qəbul etməyi planlaşdırdığı qanun layihəsi artıq reallaşmaq ərəfəsindədir. Yeni qanun layihəsi ilə bağlı Avropa Şurası Venesiya Komissiyasında müzakirələr aparmaq üçün dünən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla PA qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyev Strasburqa yola düşüblər. Səfərdən öncə Əli Həsənov bildirib ki, siyasi partiyaları xarici və daxili asılılıqdan xilas etməyin vaxtı çatıb.
FaktXeber.com-un “Hakimiyyətin partiyalar barədə qanun layihəsinin qəbul olunması üçün bu qədər israr etməsi nə ilə bağlıdır” sualına aydınlıq gətirən Müsavat Partiyasının başqan müavini Arzu Səmədbəyli, hakimiyyətin yeni qanun layihəsinin qəbul edilməsində bu qədər israrlı olmasını, onun ölkədə apardığı siyasətlə əlaqədar olduğunu qeyd etdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.