Şahvələd Çobanoğlu: "Hazırda dünyada adambaşına düşən köşklərin sayına görə, Azərbaycan ən axırıncı ölkələrdən biridir"
14-10-2011 / 14:58
Bu gün Redaktorlar Birliyi yenidən bir araya gəliblər. “Media Mərkəzi”ndə təşkil olunan dəyirmi masada ölkənin ən tanınmış qəzet və informasiya agentliklərinin redaktorları iştirak ediblər. Dəyirmi masa iştirakçıları medianın vəziyyəti barəsində müzakirələr apararaq, ölkədə mediasında baş verən problemlərin həlli olunması üçün öz təkliflərini irəli sürüblər.
Faktxeber.com-un verdiyi məlumata görə, dəyirmi masada çıxış edən Şahvələd Çobanoğlu ölkədə köşklərin vəziyyətinin həddən artıq bərbad olduğunu qeyd edərək, hakimiyyətin bu işdə maraqlı olduğunu qeyd bildirdi.
“Hazırda dünyada adam başına düşən köşklərin sayına görə Azərbaycan ən axırıncı ölkələrdən biridir. Qəzet bazarlarında siyasi və müstəqil qəzetlərin satışına əngəllər yaratmaq üçün xüsusi inhisarlar var. Ölkədə qəzet köşklərinin sayı nə qədər çox olarsa, insanların qəzetlərlə ünsiyyət bir o qədərə çoxalar. Hazırda ölkədə 637 qəzet köşkü var”, -deyə Şahvələd Çobanoğlu əlavə etdi.
Ölkə mətbuat yayımlarının vəziyyətinin həddən artıq ağır olduğunu söyləyən Şahvələd Çobanoğlu, bu istiqamətdə basqıların artırılmasının zəruri olduğunu bildirdi. Sonra Şahvələd Çobanoğlu ölkə mətbuatını acınacaqlı vəziyyətdən çıxardılması üçün hazırlanmış xüsusi təkliflər səsləndirdi.
Dəyirmi masa tədbir iştirakçılarının çıxışı ilə davam etdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.