"İslamçıların vəkil işin materiallarını bizə təqdim etdikdən sonra biz işi Avropa Şurasına göndərəcəyik və bundan sonra işin siyasi motivli olması aşkar ediləcək"
13-10-2011 / 16:45
İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlının dünən “Mediaforum”a verdiyi açıqlaması müəyyən çaşqınlıqlar yaradıb. Belə ki, həmin müsahibədə Səid Qocamanlı islamçıların siyasi məhbus siyahısına salınmadığını bildirərək, bu kriteriya üçün dövlətçilik marağını əsas göstərib. Yəni müsahibədən belə aydın olur ki, hazırda həbs olunan islamçılar əslində dövlətçiliyə qarşı çıxıblar. Amma ölkənin siyasi partiya rəhbərləri, hüquq müdafiəçiləri və islamçıların vəkilləri onlara qarşı hakimiyyətin qaldırdığı dövlətçiliyə zərbə maddələrinin qondarma olduğunu bildirirlər. Və ölkənin ən obyektiv hüquq müdafiəçilərindən olan Anar Qasımlı bu ittihamların məhkəmədə sübuta yetirilmədiyini söyləyərək, islamçıların həbsinin hakimiyyəti tənqiddən sonra baş verdiyini söyləyib. Bu isə siyasi məhbus anlamı üçün yetərli hesab olunur. Yaranmış bu anlaşılmazlıqla bağlı FaktXeber.com-a açıqlama verən hüquq müdafiəçisi Səidə Qocamanlı, dünənki müsahibəsi zamanı bəzi fikirlərinin yanlış anlaşıldığını bildirdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.