"İnterbrand"ın hazırladığı dünyanın ən bahalı markaları 2011-ci il hesabatı açıqlanıb. "Coca Cola" bu il də dünyanın ən bahalı markası seçilib. Siyahının ilk onluğunu texnologiya şirkətləri ələ keçirib. Ən bahalı ilk 10 markadan 7-si texnologiya şirkətidir. "Apple" ilk dəfə bu il ilk onluqda daxil ola bilib.
12-10-2011 / 17:57
1. Coca-Cola - 1886-cı ildə ABŞ-da yaradılmış sərinləşdirici içkilər istehsal edən şirkətdir. Coca-Cola və müxtəlif spirtsiz içki markalarının sahibidir. Mərkəzi ABŞ-ın Corciya şatatında yerləşir. II. Dünya müharibəsindən sonra Amerika həyat tərzinin simvolu olaraq əvvəl Avropada, sonra bütün dünyada məşhur reklam kampaniyaları ilə böyük satış payı qazandı. Soyuq müharibə dövründən sonra keçmiş Sovetlər Birliyi torpaqlarında və Şərqi Avropada istehsal və satışa başlayıb. Bu bölgələrdə də spirtsiz içki satışında lider olub. Hazırda Klayde Tuggle şirkətin baş vitse-prezidentidir.
2. IBM - texnologiya və konsaltinq sahəsində ixtisaslaşmış transmilli ABŞ şirkətidir. Baş qərargahı Armonkdadır (Nyu-York). Əsası 16 iyun 1911-ci ildə qoyulub.
3. Microsoft (Maykrosoft) - dünyada ən iki transmilli şirkətlərdən biridir. Müxtəlif hesablama sistemləri üçün proqram təminatlarının istehsalı ilə məşğul olur. Microsoft şirkətinin məhsulları 45 dilə çevrilərək, 80 ölkədə satılır. 2010-cu ildən etibarən Microsoft korporasiyasının maliyyə direktoru vəzifəsində hazırda əməliyyat direktoru olan Kevin Törner çalışacaq. Microsoft-dan qabaq 47 yaşlı K. Törner WalMart pərakəndə satış şəbəkəsinin top-menecerlərindən biri olub.
4. Google - dünyanın ən böyük axtarış sistemləri və reklam sahəsində ixtisaslaşmış ABŞ-da yerləşən Transmilli şirkətidir. Stenfordda Tibb məktəbinin iki tələbəsi, Larry Page və Sergey Brin, Google-ni 1998-ci ildə başlanğıc sərmayəsi 25 milyon dollar olaraq qurdular. Şirkətin GooglePlex adlanan mərkəzi işyeri Kaliforniyada yerləşir və dünyada 5000-ə yaxın işçisi var. Şirkətin sərmayə ortaqları, Kleiner Perkins Caufield & Byers və Sequoia Capitalı dırlar.
5. GE Şirkəti
6. McDonald's - 1940-cı ildə ABŞ-da yaradılan fəstfud şəbəkəsidir.
7. Intel - ABŞ-da yerləşir. Dünyanın ən böyük prosessor istehsalçısıdır. Şirkət, 1968-ci ildə Gordon E. Moore tərəfindən yaradılıb. İlk olaraq 1971-ci ilin 15 noyabrda dünyada ilk dəfə olaraq Intel özünün i4004 mikroprosessorunun kütləvi istehsalına başladı. Beləliklə tamamilə yeni yarımkeçirici qurğu olan mikroprosessorların inkişafının əsası qoyuldu. Şirkətin bazar dəyəri 150 milyard dollar olaraq təxmin edilir.
8. Apple - 1976-cı il aprel ayının 1-də Stiv Jobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılan, hazırda dünyanın ən böyük proqram təminatçılarından biri olan kompyuter firmasıdır. Şirkətin mərkəzi ofisi ABŞ-ın Kaliforniya ştatının Kupertino şəhərində yerləşir. 2005-ci ildən etibarən şirkətə Stiv Jobs rəhbərlik edir. Apple Macintosh, iPhone, Mac Book, iPod və İpad şirkətin ən tanınan məhsullarıdır.
9. Disney - Walt Disney Company, əyləncə sektorunda, dünyanın ən böyük media şirkətidir. 16 oktyabr 1923-cü ildə Walt və Roy Disney qardaşlar tərəfindən yaradılmış animasiya studiyası, böyüyərək Hollywood studiyalarına çevirilib. Bu gün, Walt Disney Company, American Broadcasting Company (ABC) və ESPN (Entertainment and Sports Programming Network) kimi iki nəhəng şirkətində sahibidir.
10. Hewlett-Packard - Şirkəti (qısaca HP), mərkəzi ABŞ-da olan çox böyük beynəlxalq bir şirkətdir. Məlumat əməliyyat, yayımla kimi sistemlərin istehsalçısıdır.
11. Toyota - Toyota Motor Corporation (TMC və ya Toyota), minivanlardan böyük yük maşınılara qədər dəyişən sahələrdə istehsal edən və böyük bir model yelpiyinə sahib olan, dünyanın ən böyük avtomobil şirkətlərindən biridir.
12. Mercedes-Benz — əsası 1926-cı ildə Almaniyada qoyulan avtomobil şirkətidir. 1886-cı ilin yanvar ayında, Karl Benz təntənəli surətdə dünya üzrə istehsal edilmiş ilk avtomobilin təqdimatını edərək, bu üç təkərli nəqliyyat vasitəsinə Benz Patent Motor Car adını vermişdir.
13. CISCO, Cisco Systems, Inc. - korporativ şəbəkələr üçün avadanlıqların istehsalı ilə məşğul olan şirkət. Şirkətin ofisi Kaliforniya ştatının San-Xose şəhərində yerləşir. Prezidenti və baş direktoru Con Çembersdir. CISCO adını San-Francisco şəhərinin sonuncu 5 hərifinin birləşməsindən götürüb.
14. Nokia - Finlandiyanın transmilli şirkəti, mobil rabitə texnologiyaları sahəsində dünya liderlərindən biridir. Öz məlumatlarına görə dünya mobil telefon telefon bazarındakı payı 39% təşkil edir. Şirkətin mərkəzi qərargahı Finlandiyanın Espoo şəhərinin Keilaniemi rayonunda yerləşir. Nokianın dünyanın 16 ölkəsində tədqiqat mərkəzləri yerləşir və həmin mərkəzlərdə 37 200 nəfər işləyir. Bu rəqəm şirkətin ümumi işçi sayının təxminən 30%-ni təşkil edir. Nokia Tədqiqat Mərkəzinin 7 ölkədə -Finlandiya, Çin, Hindistan, İsveçrə, Keniya, ABŞ və Böyük Britaniyada nümayəndəlikləri var. Şirkətin ümumilikdə 15 zavodu fəaliyyətdədir. 2004-cü ildə Nokia Finlandiyanın ÜDM-nin 3,5%-ni təşkil edirdi, 2003-cü ildə isə Nokianın ixracatı Finlandiyanın ümumi ixracatının 25%-i qədər idi. Nokianın əsası 1865-ci ildə ixtisasca mühəndis olan Fredrik İdestam tərəfindən qoyulub. Başlanğıcda şirkət kağız istehsalı ilə məşğul olurdu. Nokia ilk mobil telefon istehsalına 1982-ci ildə başlayıb. Həmin vaxt istehsal olunan telefonlar həcmcə böyük, 1G texnologiyasına malik telefonlar idi. 2G texnologiyasına malik telefonlar 1992-ci ildən etibarən buraxılmağa başlandı. İlk MP3 formatını dəstəkləyən telefonlar isə 2005-ci ildə bazara buraxıldı. Hal-hazırda şirkət 3G və 4G texnologiyasına malik telefonların istehsalı və təkmilləşdirilməsi ilə məşqul olur. 2009-cu ilin statistik məlumatlarına görə Nokia 432 milyon ədəd mobil telefon istehsal etmişdir. Bunların 68 milyonu smartfonlar idi. Nokia bütün dünyada mobil telefon satışına görə birinci yerdə durur. Nokia brendi 2010-cu ildə aparılan araşdırmaya əsasən 29.5 milyard dollar dəyərə malikdir. Brendinin dəyərinə görə Nokia brendi dünyada 8-ci yeri tutur. Nokia ilk onluqda olan şirkətlər arasında ABŞ-ı təmsil etməyən yeganə şirkətdir.
15. BMW - Avtomobil və motosiklet istehsalçısıdır. Şirkətin Almanca devizi "Freude am Fahren" kimi səslənir, Azərbaycan dilinə bunu tərcümə etsək təxminən "Sürməkdən həzz all" kimi səslənər. BMW şirkəti Münhendə təyyarə mühərriklər zavodu kimi Karl Fridrix Rapp, Kamillo Kastilyon, Maks Frits tərəfindən 1916-cı ildə təsis edilib. İlkin dövrdə qəbul olunmuş və hal-hazırdada istifadə olunan ağ-mavi rəngli emblem fırlanan təyyarə propellerinin təsviri BMW-nin ilkin "təyinat"ının nişanəsidir. Hal-hazırda BMW dünyanın ən iri avtomobil istehsal edən şirkətlərindən biridir. MİNİ, Rolce-Royce şirkətlərin səhmlərinə malikdir. Təkcə ötən 2005-ci ildə dünyada 1,3 mln. BMW avtomobilləri satılmışdır. Bunun nəticəsində ümumi gəiliri 55,3 mlrd, xalis gəlir isə 2,7 mlrd. olmuşdur. BMW-də 106 min insan əmək fəaliyyəti ilə məşğuldur.
16. Gillette- Gillette şirkəti, təraş bıçaqı şirkətidir. 1901-ci ildə King C. Gillette tərəfindən Boston, Massachusetts, Amerika Birləşmiş Dövlətlərində yaradılıb.
17. Samsung - Samsung dünyanda elektronika satışı ilə məşğul olan nəhəng Koreya şirkəti.1969-cu ildən fəaliyyət göstərir. Şirkətin mərkəzi Cənubi Koreyanın Seul şəhəridir.
18. Louis Vuitton - Louis Vuitton Fransız moda evi olan Louis Vuitton dünyada: 350-dən çox firmaya, 10 000 işçiyə sahibdir. Dünyanın 53 ölkəsində bu markanın əsl dükanları yerləşir. Louis Vuitton evi ilk dəfə olaraq 1821-ci ildə yaranmışdır.
19. Honda başlıca məhsulları avtomobil, yük maşını, motosiklet və robotlar olan bir Yapon avtomobil markasıdır. Firma ayrıca ATVlər, dəniz mühərrikləri, elektrik generatorları, bağça maşınları da istehsal edir. İldə 14 milyon ilə Dünyanın ən böyük mühərrik istehsalçısıdır. Mərkəzi Tokioda olan Honda, dünya səviyyəsində çox ölkədə istehsal və satış ilə məşğuldur.
20. Oracle - Oracle, Microsoft və IBM-dən sonra dünyanın üçüncü böyük proqram firmasıdır.
21. H&M şirkəti - İsveçin iri şirkətlərindəndir.
22. Pepsi — 1898-ci ildə ABŞ-da yaradılmış sərinləşdirici içkilər istehsal edən şirkətdir. ABŞ-ın Şimal Karolina ştatında Caleb Bradham tərəfindən yaradılıb. 1898-ci ildə New Bern, North Karolinada "Brad's Drink" (Bradın İçkisi) olaraq satışa çıxarılıb. Bradham 1898-ci ildə rəqibindən 100 dollar qarşılığında "Pep Cola" ticari adını satın alaraq istifadə etməyə başlamışdır. Daha sonradan Pepsi Cola adını aldı. Kimyaçı olan Caleb Bradham, Pepsini həzmə köməkçi olması və enerji verməsi məqsədiylə yaratmışdır. İlk Pepsi 1893-cü ildə satışa təqdim edilmişdir.
23. American Express - American Express Company (NYSE: AXP), ümumiyyətlə Amex, AmEx və ya Amexco şəklində qısaldılan dünya səviyyəsində kredit kartı və turizm şirkətidir. Mərkəzi ABŞ-ın New York şəhərində yerləşir. American Express, 1850-ci ildə Henry Wells, William Corc Fargo, və John Butterfield adlı üç işadamı tərəfindən New Yorkda yaradılıb.
24. SAP - mərkəzi Walldorf, Almanyada yerləşən, Avropanın ən böyük proqramlaşdırma şirkətidir. SAP, 1972-ci ildə IBMin beş keçmiş işçisi tərəfindən "Systemanalyse und Programmentwicklung" (azərbaycanca Systems Analisi və Proqramlaşdırma) adı altında Almanyaın Mannheim şəhərində yaradılmışdır.
25. Nike - (Nayk) - idman geyimləri istehsal edən dünya şöhrətli ABŞ şirkəti. Mənzil qərargahı Biverton şəhəri, Oreqon ştatı. Adını yunan mifologiyasındakı zəfər tanrıçası Nikedən alır. Air Jordan və Nike Golf kimi alt markaları ilə yanaşı, Converse kimi müstəqil markaların da sahibidir. Şirkət istehsalının hardasa hamısını uzaq şərqdəki fabrkilərdə istehsal etməkdədir.Şirkət dünya səviyyəsində 25,000 işçiyə malikdir və (2007)-ci ildə 10,9 milyard təmiz gəlir açıqlamışdır. Nike bir çox futbol komandasına və milli komandaya sponsor olaraq, futbol dünyasına ağırlığını qoymağa çalışmaqdadır. Nike həmçinin Braziliya Milli komandası, Portuqaliya milli komandası, Hollandiya yığmasına, ABŞ Milli komandası, Mançester Yunayted, Arsenal, Barselona, İnter, Yuventus, Şaxtyor, Porto, Styaua kimi dünyanın aparıcı futbol klublarına və bəzi sponsorlarluq etdiyi klublar Qırmızı Ulduz, Boka Xuniors, Korintians, Klub Amerika, Aston Villa, Seltik və PSV.
26. Amazon.com - Amazon.com, ilk qurulmuş ən böyük internet ticarət saytıdır. Adını Amazon çayından götürüb. Jeff Bezos tərəfindən 1994-cü ildə Amerikanın Seattle şəhərində yaradılan Amazon.com, işə əvvəl kitab sataraq başlayıb. Bu gün Amazonda, DVD, musiqi CD-si, kompüter proqramı, kompüter oyunu, elektronik əşya, aksesuar, mebel kimi fərqli növdən mallar satılmaqdadır.
27. UPS - United Parcel Service - Amerika şirkətidir.
28. J. P. Morgan - John Pierpont Morgan (17 Aprel 1837 - 31 Mart 1913), birinci dünya müharibəsin əsas aparıcılarından olub. ABŞ-lı bankir və sənayeçidir. Məhşur bankir Junius Spencer Morganın oğludur. 1871-ci ildə New York şəhərindəki Drexel, Morgan və Companin ortağı olub. Qısa müddətdə ABŞ rəhbərliyinin ən əhəmiyyətli maliyyə dəstəkçisinə çevrilib. Şirkət, 1895-ci ildə J. P. Morgan and Company adını aldı və dünyanın ən güclü bankına çevrildi.
29. Nescafe - Nescafe, dünyada hazır qəhvəni ilk olaraq satışa çıxarıb. Nestleyə aid olan qəhvə markasıdır. Hal-hazırda dünyanın ən dadlı qəhvəsi kimi tanınır.
30. IKEA - İsveç mənşəli beynəlxalq bir mebel mağazasıdır. Çoxu Avropada olmaqla, 43 ölkədə 235 mağazası var. 2005-ci ildə 20-dən çox mağazası açılıb. İsrail və digər Orta Şərq ölkələrində də mağazası olan nadir şirkətlərdəndir.
31. HSBC - Avropa, Asiya-Sakit okean bölgəsi, Şimali və Cənubi Amerika, Yaxın Şərq və Afrikada fəaliyyət göstərən HSBC Qrupu, dünyanın ən böyük bank və maliyyə xidmətləri göstərən qurumlardan biridir. İngiltərədə qeyddə olan HSBC Holdings plc'nin ümumi mərkəzi Londondadır. HSBC'nin 1999-ci ildə Qrup şirkətləri üçün beynəlxalq tək bir marka olaraq təyin olunması, qrupun altıbucaqlı embleminin dünya səviyyəsində getdikcə tanınan bir simvol olmasını təmin etdi. HSBC 2002-ci ildən markasını rəqiblərindən ayırmaq və xüsusiyyətlərini vurğulamaq üzrə 'Dünyanın yerli bankı' şüarıyla bir kampaniyaya başladı. HSBC, dünyanın ən inkişaf etmiş məlumat texnologiyalarını istifadə etməkdədir. HSBC'nin ildə 13 milyarddan çox müştəri əməliyyatının həyata keçirildiyi və hər keçən gün sürətlə inkişaf edən e-ticarət funksiyası, internet, PC bankçılığı, interaktiv TV, telefon bankçılığı və mobil bankçılığından ibarətdir. Bankın düyada 10.000 dən çox ofisi,82 ölkədə 312.000 dən çox işçisi və 125 milyondan çox müştərisi mövcuddur.
32. Canon - Yaponiya şirkətidir. Fotoaparat və optik məhsulları, kameralar, fotokopiya maşınları və stepper məhsullarıyla tanınmaqdadır.
33. Kellogg's şirkəti.
34. Budweiser içki şirkətidir.
35. Sony - Sony Corporation transmilli şirkət. Mənzil qərargahı Yaponiya və ABŞdadır. 1946-cı ildə Yaponiyada yaradılıb.Hazırda Sony Corporation - Sony Group holdinqin tərkibinə daxildir. 2007—2008 maliyyə ili üçün satış dövriyyəsi 85,47 mlrd. $ (2006—2007 ildəki 79,95 mlrd. $-dan 6,9 % artıq) təşkil etmişdir. Xalis gəlir 3,56 mlrd. $ (2006—2007-ci ildəki 1,22 mlrd. $-dan 3 dəfə çox).
36. eBay - eBay - İnternet üzərindəki ən böyük hərrac üsulu alver saytıdır. Qurucusu İran əsilli Pierre Omidyardır. Şirkət mərkəzi Amerika Birləşmiş Ştatları başqa Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hong Kong, Hindistan, İran, İrlandiya, İtaliya, Koreya, Malayziya, Meksika, Hollandiya, Yeni Zelandiya, Filippin, Singapur, İspaniya, İsveç, İsveçrə, Tayvan, İngiltərə və Türkiyəda fəaliyyət göstərməkdədir.
37. Thomson Reuters şirkəti.
38. Goldman Sachs Sərmayə Bankıdır.
39. Gucci - İtalya və Fransa sahibli moda və dəri əşya markasıdır. Guccio Gucci (1881 - 1953) tərəfindən İtalyanın Floransa şəhərində 1921-ci ildə yaradılıb. Gucci dünyanın ən məşhur, prestijli və tanınan moda markalarından biridir.
40. L'Oréal Group - dünyanın ən böyük kosmetika və şirkətidir. Fransada Paris şəhəri ətrafında ofisi var. Saç rəngi, dəri baxımı, günəşdən qorunma, makiyaj, ətir və bir sıra kosmetik məhsulların satışı ilə məşğuldur. ABŞ-da üst nanoteknolojiyə ən çox sərmayə qoyan və bu mövzuda ən çox patenti əlində tutan şirkətdir. Qurucusu 1907-ci ildə xalasının adına saç boyası düsturunu icad edən Eugene Schueller adında gənc fransız kimyagər idi.
41. Philips - Philips Electronics və ya qısaca Philips, mərkəzi Hollandiyada olan və 60-dan çox ölkədə fəaliyyət göstərən, dünyadakı ən böyük elektronik şirkətlərindən biridir. Şirkət, Karl Marxın ana tərəfindən əmisi oğlu Gerard Philips tərəfindən, 1891-ci ildə Hollandiyanın Eindhoven şəhərində yaradılıb. Başlanğıcda, lampalar və bəzi elektrikli alətlər satışa çıxarmışdır.
42. Citigroup Birləşmiş Banklar - 2000-ci ildə dünyanın ən böyük şirkəti idi. Şirkətin sərmayəsui 1.9 trilyon ABŞ dollarıdır. Məşhur Rokfeller ailəsinin şirkətidir.
43. Dell - Amerika Transmilli informasiya texnologiyaları şirkətidir və məqərri ABŞın Texas ştatında dır. Dell şirkəti 2009-ci ildə 33-ci böyük şirkət ünvanında Fortune 500 jurnalının siyahısına yazıldı və 2010-ci ildə HP və Acerdən sonra 3-ci böyük kompyuter satış şirkəti elan olundu.
44. Zara şirkəti.
45. Accenture - Accenture, dünya səviyyəsində rəhbərlik məsləhətçiliyi, texnologiya xidmətləri verən bir şirkətdir.
46. Siemens AG — Simens səhmdar cəmiyyəti dünya Simens-Konsernlərini birləşdirən, 190 ölkədə təmsil olunan iri şirkətdir. 1847-ci ildə Verner fon Simens tərəfindən, Berlində yaradılmışdır. Hal-hazırda şirkətin 475.000 nəfərdən artıq işçisi və 87,325 Mlrd. avro ticarət balansı vardır.
47. Volkswagen (Almanca “volk”-xalq “wagen”-avtomobil) - Almanyanın avtomobil istehsal edən şirkətlərindən biridir. Volkswagen AG konserninin tarixi 1934-cü ildən başlayır. Alman konstruktoru və mühəndisi Ferdinand Porşe ömrünün dörd ilini ilk xalq avtomobilinin yaradılmasına sərf etmişdir.
48. Nintedo - Nintendo, 1889-cu ildə Yaponiyada yaradılıb. Dünyanın ən böyük oyun firmalarından biridir. Mərkəzi Kyotodadır. Şirkət 1956-cı ilə qədər "Hanafuda" adında oyun kartları satmışdır. Şirkət başqa yönlərdə inkişaf etmək üçün 1963 və 1968-ci illərdə taksi, otel, TV, yemək xidmətləri verməyə başlamışdır. Lakin heç müvəffəqiyyət əldə edə bilməmişdir. 1966-cı ildə "Ultra Hand" adlı oyuncaq qol istehsal etmişdir. Bu oyuncaq çox məhşur olduğu üçün şirkət bu sahəyə güc vermişdir. Amma Bandai və Tomy kimi oyuncaq şirkətləri mübarizədə çarəsiz qalmışdı. 1973-cü ildə şirkət "Laser Clay Shooting System" adında ailə video oyunu çıxarmışdır.
49. Heinz şirkəti - dünyada ən çox ketçap satan şirkətdir.
50. Ford Motor Şirkəti (ing. Ford Motor Company) - ABŞ-nin ən böyük avtomobil şirkətlərindən biridir. Ford Motor Şirkəti 1903-cü ildə səhmlərin 25,5%-ə sahib olan Henri Ford başda olmaqla, Miçiqan ştatından 12 nəfər biznesmen tərəfindən təsis edilmişdir. 1955-ci ildə xalqa açıq bir şirkət olan Ford, sonraki illərdə Kanada, Meksika, İngiltərə, Almaniya, Braziliya, Argentina, Avstraliya, CAR ve Türkiyə kimi bir çox ölkədə fabriklər açdı. 5 qitədə, 200-ə yaxın ölkədə fəaliyyət göstərir. Dünyada təqribən 246 000 işçisi və 110 fabriki var. Ford Motor Şirkətinə məxsus avtomobil markaları Aston Martin, Ford, Lincoln, Mazda, Mercury, qeyri-avtomobil sektorunda isə Ford Motor Credit Company ve Hertz daxildir. Ford Jaguar və Land Rover markalarını 2008-ci ildə hind şirkəti Tataya, Volvonu ise 2009-cu ildə Çin şirkəti Geelyye satmışdır.
Növbəti yazıda digər 50 şirkət barədə məlumat veriləcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.