UNICEF Qərbi Afrikada vəba epidemiyasından 2.500-ə yaxın insanın dünyasını dəyişdiyini açıqlayıb
11-10-2011 / 15:49
FaktXeber.com-un verdiyi məlumata görə, UNICEF-in açıqlamasında, bu il Malidən Konqoya qədər 10 ölkədə 85 mindən çox insanda vəba epidemiyası müşahidə olunduğu bildirilir.
Açıqlamada bölgənin tarixinin ən böyük epidemiyasıyla qarşı-qarşıya olduğu, vəbadan ölüm nisbətinin 4,7 faizə qədər yüksəldiyi qeyd edilib.
UNICEF müşaviri Marixie Mercado epidemiyanın gələcəkdə yayılmağa davam edəcəyini söyləyib.
Xatırladaq ki, hər hansı bir xəstəlikdən ölüm nisbəti 1 faizi keçsə, bu yüksək olaraq qəbul edilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.