Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə 971 müraciət daxil olub
11-10-2011 / 15:09
Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə bu ilin avqust-sentyabr aylarında 971 müraciət daxil olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, daxil olmuş müraciətlərin 566-sı (114-dü əsaslı, 452-si isə əsassız) şikayət, 244-dü sorğu xarakterli, 45-i aidiyyəti üzrə deyil, 116-sı isə cari problemlərlə bağlı olub.
“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.