"Azərbaycanda planlaşdırılır ki, yaxın zamanlarda hərbi xidmətin müddəti azaldılsın. Yəni ali təhsilli şəxslər üçün hərbi xidmət 9 ay, orta təhsilli çağırışçılar üçün isə xidmət müddəti 1,3 il müddətinə qədər endiriləcək"
11-10-2011 / 13:20
Ölkədə hərbi xidmət müddətinin və hərbi xidmətə çağırışın vaxtının uzadılması barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, əgər bu istiqamətdə dəyişiklik olsa, orta təhsilli çağırışçıların hərbi xidmət müddəti 2 il, ali təhsilli şəxslər üçün isə 1 il 6 ay olacaq. Digər tərəfdən yayılan məlumatda bildirilir ki, əgər əvvəlki illərdə hərbi müddətə çağırış ildə dörd dəfə olurdusa, bu qərarın qəbul olunmasından sonra iki dəfə olacaq. FaktXeber.com- un “hərbi xidmətin müddətinin artırılması və çağırışın ildə iki dəfə olması ordumuz üçün nə dərəcədə faydalıdır” sualı cavablandıran hərbçi ekspert və ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov, yayılan məlumatın dezinformasiya olduğunu bildirdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.