Daha çox əmizdirilən körpələrin məktəbdə daha yüksək nailiyyətlər əldə etdiyi bildirilir
15-08-2009 / 16:42
FaktXeberin "Journal of Human Capital" jurnalına istinadən verdiyi məlumata görə, Amerika və Kolorado Universitetində mütəxəssislərin apardığı araşdırmaların nəticələrinə görə, ana südü qəbul edən uşaqların məktəbdə daha yaxşı akademik müvəffəqiyyət göstərdiyi və universitetdən məzun olma ehtimallarının artırdığı müəyyənləşdirilib.
Mütəxəssislər körpəliyində ana südü qəbul edən və etməyən qardaşların akademik müvəffəqiyyətini araşdırdıqda, daha çox əmizdirilən körpələrin məktəbdə daha yüksək nəticələr əldə etdiyini və universitetdən məzun olma ehtimallarının artdığını kəşf ediblər.
Əmizdirmənin zehni və fiziki sağlamlığa faydaslı olduğunu söyləyən araşdırmaçılar, bu işin başlanğıc olduğunu ifadə edərək, bu iki mövzu arasında qəti bir əlaqə yaratmaq üçün hələ çox iş görülməsi lazım olduğunu söyləyiblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.