ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
ARİF HACILI 8-ci GÜN ACLIQ AKSİYASINI DAYANDIRDI | BUNLAR DÜNYANIN ƏN HÜNDÜRLƏRİDİR, AMMA KOMMUNİKASİYA SAHƏSİNDƏ (İNFOQRAFİKA) | MƏTBUAT KONFRANSINDA QALMAQAL | İRAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNƏ EKSPERT BAXIŞI | AZƏRBAYCAN İSLAM PARTİYASINDA İSTEFA | DOLLARIN MƏZƏNNƏSİNİN QALXMASI ÖLKƏ İQTİSADİYYATINA TƏHLÜKƏ YARADACAQMI? | NAZİRLİYƏ KÜLLİ MİQDARDA ZİYAN VURMUŞ ŞƏXSLƏR HƏBS EDİLİBLƏR | İQTISADİ İNKİŞAF NAZİRLİYİ ŞƏMKİRDƏ KONFRANS KEÇİRİB | BAKIDA SU OĞRUSU TAPILIB | RUSİYANI RƏSMİ BAKIYA QARŞI TƏSİRETMƏ MEXANİZMİ! |

Foto Xəbər
FANTASTİK FİLMLƏRİN KADRAXASI
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

n KƏND KAFESİNDƏ ƏXLAQSIZLIQ YUVASI AŞKARLANDI
n İRAN SƏFİRİNİN GERİ ÇAĞIRILMASININ SƏBƏBİ AÇIQLANDI
n BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ
n DAHA 11 DİNDAR HƏBS EDİLDİ
n MƏTBUAT KONFRANSINDA QALMAQAL
n "BİZ MÜVƏQQƏTİYİK, SİZİ DAİMİLƏRƏ TAPŞIRIRIQ, ONLARDAN YAPIŞIN!"
n AZƏRBAYCAN İSLAM PARTİYASINDA İSTEFA
n KURTLAR VADİSİ PUSU 160-CI BÖLÜM FRAQMENTİ YAYIMLANDI
n PARLAMENTDƏ NİFRƏT VƏ TƏHQİR PÜSKÜRMƏSİ

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 
 
 
ALTI AY ERMƏNİ ƏSİRLİYİNDƏ
 
 
"AĞDAMLI POÇT MÜDİRİ ƏRŞAD BİZİ ERMƏNİYƏ SATIRDI"


07-10-2011 / 16:50


Möhlət Mahmudov: "Komandir Füzuli Qasımovun bacısı oğlu bizi mühasirədə qoyub sərbəst getdi, ermənilər ona atmadılar"

Altı ay erməni əsirliyində qalmış Möhlət Mahmudov 1967-ci ildə Salyanın Xalac kəndində anadan olub. Neft və Kimya texnikumunu bitirib. Balıqçılıq təsərrüfatında briqadir işləyib. Ailəlidir, 1 oğlu, 1 qızı var. Hazırda evlərin damın vurmaq, tavan, döşəmə düzəltməklə ailəsini saxlayır. Atası 45 il Salyan neft şirkətində (Nərimanneft) buruq ustası işləyib, 150 manat təqaüd alır. Ailədə 5 qardaş, 3 bacıdırlar. Vəfat etmiş əmisinin 6 qızı, 2 oğlunu da atası saxlayıb. Qardaşı Qulu Xındırıstanda yaralanıb, 3-cü qrup əlil kimi təqaüd alıb, işsizdir. "VTEK"ə rüşvət verə bilmədiyi üçün təqaüdünü kəsiblər. Neft çıxarılan ərazidə yerləşən Xalac kəndində hazırda qaz yoxdur.

- Möhlət bəy, müharibəyə gedişin necə oldu?
- 1993-cü ildə hərbi komissarlıqdan məni orduya çağırdılar. Həyat yoldaşım ağladı ki, getmə. Dedim ailəmizdən Qarabağda döyüşən var, ola bilsin bilməyiblər, səhv olub çağırıblar. Gedim hərbi komissarlığa görüm nə deyirlər. Həmin vaxt qardaşım cəbhədə yaralanmışdı, hospitalda idi. Gedən kimi bizi basdılar maşına göndərdilər Gəncəyə.

- Hərbi xidmətdə olmusan?
- Çexoslavakiyada "navodçik" olmuşam.

- Gəncədən sonra hara getdin?
- Bir gecə gün Gəncədə qaldım. Böldülər gəlib düşdük Ağdama. 708 saylı briqadada idik. Briqada komandiri general Talıb Məmmədov idi. İyun ayı idi.

- Hansı döyüşlərdə iştirak elədin?
- Mərzili uğrunda döyüşlərdə, Güllücə, Əfətli, Novruzlu kəndlərində olduq. Sonra bizə xəbər gəldi ki, Əsgərandan Ağdama hücum gözlənilir, orada mövqelərinizi tutun. Mövqe tutmağa gedirdik. Ağdamın Sarıcalı kəndində mühasirəyə düşdük. Demə, səhər-səhər ermənilər Ağdamı alıbmış. Bizi qurban kimi göndəriblər.

- Neçə nəfər idiniz?
- 28 nəfər idik, “Kamaz” maşını ilə aparırdılar.

- Hamısı əsir düşdü?
- Ölən öldü, qalanlar əsir düşdü. Üç nəfər sağ qalıb əsir düşmüşdü. Tank bizim olduğumuz “Kamazı” vurdu. Ayılanda gördüm ki, başımdan yaralanmışam, əsirlikdəyəm.

- Komandiriniz kim idi?
- Füzuli Qasımov.

- İndi o sağdır?
- Deyəsən həbsxanadadır.

- Nəyə görə?
- Bizi o göndərmişdi. Sürücü də onun bacısı oğlu idi. Tank vurmamışdan o, maşını buraxdı, özü sərbəst çıxıb getdi. Ermənilər onu vurmadılar. Maşın "xodda" qaldı. Maşını tank vurandan sonra hərə səpələndi bir tərəfə. Sağ qalan çox idi, düşüb qaçırdılar. Üzümlüyün "setkasını" keçmək istəyəndə ermənilər vururdular. Mübariz adlı kəndçim var idi yanımda. Onu da götürüb “Kamaz”dan atdım. Sonra nə olub yadımda deyil. Ayılanda bildim ki, başımdan yaralanmışam, qanın içindəyəm. Bir stəkan su gətirdilər, əlimi, gözlərimi və ağzımın qanını yudum. Sonra aparıb kameraya atdılar. Apardılar komandirin yanına, başladılar sorğu-suala çəkdilər. Haradansan, niyə gəlmisən? Dedim torpaq uğrunda döyüşürdüm. Gətirdilər bir kilo torpağı mənə yedirtdilər. Qarabağdan olan döyüşçüləri öldürürdülər, əsir götürmürdülər. Digər bölgələrdən olanların hamısına torpaq yedizdirirdilər. Məndən soruşdular ki, nazirlikdə, polisdə adamın işləyirsə telefon nömrəsini ver, sataq səni. Dedim heç kimim yoxdur. İyunun 23-də Ağdam alınan gün əsir düşmüşəm. Xankəndində 360-cı rus alayının saxlama təcridxanasında bizi saxlayırdılar. 4 ay orda zirzəmidə qaldıq. Bizi Ağdama işləməyə gətirirdilər. Pianino  daşıtdırırdılar, karyerdə kubik yüklətdirirdilər, ağaclardan qoz çırpdırırdılar. Kimin döymək kefinə düşürdü buraxırdılar üstümüzə döyürdü. Gecə aparırdılar bizi Xankəndinə.

- Ermənilər azərbaycanca bilirdilər?
- Hamısı azərbaycanca danışırdı.

- Sizə çörək verirdilər?
- Öz qanımıza bulayıb çörək verirdilər. Gündə üç dəfə nə ilə gəldi döyürdülər, stolun qıçı ilə, yumruq, təpik ilə.

- İndi erməni görsən döyərsən?
- Heç üzünə də baxmaram. Bizi ikinci erməni polku əsir götürmüşdü. Kamerada 30 nəfər idik. İkinci polk götürdüyü əsirləri heç kimə vermirdi, Qırmızı Xaçdan da gizlədirdilər. Erməni ilə dəyişmək üçün gizli saxlayırdılar. Cavan əsirləri Şuşa həbsxanasına aparırdılar. İkinci polk öz əsgərlərini vermirdi. Qaçandan sonra 28 nəfər əsirin adını Qırmızı Xaça verdim. Onların içində qoca da var idi, cavan da, mülki adamlar da var idi. 4 aydan sonra məni baytar həkimi kimi  Şuşa yaylağına, Kosalara apardılar. Xankəndində həbsxanada bərdəli bir erməni var idi. Bərdədə qəbir daşı düzəldən olmuşdu. Döyüşməkdən imtina etdiyi üçün bizim yanımıza həbsxanaya salmışdılar. Mən gizlində 16 gün ona çörək vermişdim. Zirzəmidən çıxıb yaylağa getməkdə o mənə kömək etdi. Dedi ki, yalandan de ki baytar həkimisən, səni heyvanlara baxmağa apararlar, vəziyyətin yaxşı olar, təmiz havada olarsan.

- Qoyun otarırdınız, yoxsa inək?
- Azərbaycanın işğal olunmuş ərazilərindən apardıqları inək, qoyun, keçi idi. Qubadlıdan Mehman Əliyev adlı oğlanı mənə çoban vermişdilər.

- Yəqin orda aclıq çəkməzsiniz?
- Hər gün heyvanları kəsib polklara tədarük göndərirdik, özümüz də hər gün ət yeyirdik.

- Mehman necə əsir düşmüşdü?
- Mehman 70 baş qoyununu, 20-30 inəyini Qubadlıdan çıxarmaq istəyəndə əsir düşmüşdü. Bizim otardığımız heyvanların içərisində Mehmanın da heyvanları var idi. O, öz heyvanlarını tanıyırdı. Mehmanın onda 40 yaşı var idi, 4 uşaq atası idi.

- Necə oldu ki, qaçmağı qərara aldınız?
- İmkan yarandı, həm də bir az özümə gəlmişdim. Noyabr ayı idi, havalar soyumuşdu, isti paltar da vermirdilər. Ayaqlarım yalın idi, kəsik rezin "sapoq" vermişdilər. Ayağım don atıb "sapoqa" yapışmışdı, "sapoqdan" çıxmırdı. Noyabrın 2-də Şuşanın Kosalar kəndindən qaçdıq. Bizə nəzarət edən rəis axşam çox içmişdi, sərxoş idi, yatmışdı.

- Çətin anlarınızda nəyə ümid edirdiniz?
- Ümid edirdik ki, dövlətdən bir səs çıxar, gələr alar bizi. Erməni əsirlər bizdə az idi. Ermənilər bir erməni əsirinə 5 azərbaycanlı əsir verirdilər. Onlar heç meyitlərini də qoymurdular bizim tərəfdə qalsın. Bizimkilər alver ilə məşğul idilər, başları qarışmışdı. Mən dövlətdən ümid gözləmirdim. Fikirləşirdim ki, imkan olan kimi burdan çıxım.

- Qaçmaq üçün tədarük görmüşdünüz?
- Çörək götürmüşdük.

- Ət götürə bilməzdiz?
- Götürə bilməzdik, üstümüzdə nəzarət var idi. Heyvanı kəsəndən sonra dərisini də təhvil verirdik.

- Zirzəmidə vəziyyət necə idi?
- Qadınlar, qoca kişilər yerə mebel kartonları döşəyib onun üstündə yatırdılar. Mən “taburetka”nın üstündə oturduğum yerdə yatırdım. Yer yaş su idi. Divarda söykənmək olmurdu, iynə kimi idi.

- Qadınlarla kişilər bir yerdə qalırdılar?
- Mən əsirlikdən qayıdandan sonra Qobustanda erməni əsirlərin saxlandığı yerdə karantində oldum. Dedilər ki, bir ay burada həkim nəzarətində qal, görək sənə iynə vurublar, ya vurmayıblar. Hər gün erməni əsirlərin döşəkağlarını dəyişirdilər. Orda bir az əsib coşdum, dedilər sənə karantin lazım deyil, çıx get evinə.

- Yanınızda neçə qadın var idi?
- Üç yaşlı qadın idi. Cavan qadınları Qırmızı Xaç cəmiyyətinin nəzarəti altında Xankəndində poliklinikada saxlayırdılar.

- Yaşlı qadınları niyə sizin yanınızda saxlayırdılar?
- Bu alay tutduğu əsirləri özü saxlayırdı. O qadınlar alayın ərazisini hər gün süpürürdülər.

- Qaçmağa hazırlaşanda nə qədər çörək tədarükü götürmüşdünüz?
- Adama bir dənə çörək götürmüşdük. Qaçdıq Ağdama tərəf, gördük çox yaxındır. Təzə işğal olunmuş zonadır. Çaya girdik. Xaçınçay Ağdamdan gəlib Ağcabədidə Kürə qoşulurdu. Mehman dedi məni Laçın dəhlizinə qədər apar, oradan o yana yolu tanıyıram. Mehman Qubadlıdan idi. Dedi ki, o biri bölgələrdə olmamışam. Çayın içi ilə, su ilə gedirdik ki, izimiz qalmasın, yer qar idi. Murovun ətəyi ilə gedib Kəlbəcərdə Həkəri çayının qolunu tapdıq. O çayla getdik Laçına. Həkəri çayı dağın altından keçir. Ermənilərin xəritəsində onların hamısını görmüşdüm. Gəlib çıxdıq Qubadlıya. Evlər dağılmışdı, meyitləri qəbirlərdən çıxartmışdılar, söküntü gedirdi. Ermənilər işğal etdikləri yerlərdə evlərin damını sökürdülər. Mehmanın dayısı şəhid olmuşdu. Dedi gedək onun qəbrinə baxaq. Gedib gördük dayısını çıxardıb atıblar. Mehmanın ürəyi getdi, 7-8 saat özünə gəlmədi.

- Yolda sizə erməni rast gəlmirdi?
- Rast gəlirdi, biz gizlənirdik, gecələr yol gedirdik. Laçında böyürtkanın altında gizlənmişdik, hər yeri görürdük. Laçında çörəyimiz qurtardı. Vəhşi meşə armudu yığdıq Laçında. Gündə birini yeyirdik ki, mədəmiz qurumasın, o saxladı bizi. 16 gün yol getdik. Zəngilan təzə alınmışdı. Zəngilanda girdik bir evə, paltar tapdıq, ayaqqabı tapdıq geyindik. Bir az un tapdıq, su ilə qarışdırdıq. Ev yanmışdı, şifer tökülmüşdü. Şiferin altında od qaladıq, yayma düzəltdik, gördük səs gəldi. Yayma qaldı orda, qaçdıq girdik yenə çaya. İran sərhəddinə çatanda səhər açılmamışdı. Rəhmətlik Mehman dedi ki, gəl çayı keçək, səhər açılsa, snayperlə bizi vuracaqlar. Dedim ki, səhəri gözləyək ki, çayı keçə bilməsək çoban-çoluq bizə kömək eləsin. Mehman dözmədi. Polietilen torbada bir köynək, bir şalvar kürəyimizə sarıdıq, o taya keçəndə geyinməyə. Bir az üzmüşdük, Mehman dondu, ayaqlarımdan tutmuşdu, çevrildim  deyəm ki, hərəkət elə, gördüm əlləri də tutuldu. Bir xeyli üzdüm dalınca, gördüm mənim də ayağımın biri tutuldu. Araz sürətlə axıb fırlayırdı. Paltarı atdım. Noyabrın 19-u idi. Çaydan çıxandan sonra gördüm maşınların qaraltısı görünür. Sürünə-sürünə qaraltıya tərəf getdim. Yola yaxınlaşanda həvəsdən düşdüm, gördüm “Kamaz”lar, sovet maşınlarıdır. Dedim yəqin ermənilərin içərisinə düşmüşəm. Bir qədər də yola tərəf süründüm. Əl elədim, maşınlar saxlamırdı. Gözlərim artıq görmürdü, qulaqlarım eşidirdi. Qulağıma "avariya" səsi gəldi. Məni yerdən qaldırıb apardılar, Qaz 52-yə salmaq üçün məni qatlaya bilmədilər, donmuşdum. İran taksisi saxlatdırıb dedilər ki, bunu apar İbrahimin sexinin yanına, gəlirik. İbrahimin qalayçı sexi var idi. Məni götürən sürücü naxçıvanlı idi. Onun da adı İbrahim idi. Apardılar məni,  qaynar çay verdilər. Təkər yandırıb məni qızdırdılar. Bir saatdan sonra ayıldım, bədənimə göynəmə gəldi. Qaynar çay bağırsaqlarımı yandırmışdı. İsti paltar geyindirib apardılar qalayçı İbrahimin evinə. Qalayçı İbrahim naxçıvanlı İbrahimin dostu idi. Mehmanın meyitini gətirib "morqa" qoydular. Sonra evlərinə xəbər verdim, aparıb dəfn etdilər.
Naxçıvanlı İbrahim danışırdı ki, elə bil qoymadılar məni maşını sürməyə, kimsə ayağımı əyləcə basdı. Arxamca gələn yol yoldaşım Qulamın maşını gəlib mənim maşınımı vurdu. Asfalt buz idi. Sərhəd məntəqəsinin rəisi Ağayi Pərviz xəbər tutub gəldi, o da İbrahimin dostu çıxdı, təbrizli idi. Ağayi Pərviz Tehrandan həkim gətizdirdi. İbrahim gedib bizim kəndə, soruşub ki, Möhlət gəlməyib? Deyiblər yox. Deyib gələcək. İbrahim dedi ki, yaşayacağına ümid yox idi. Fikirləşdim deyərəm İrandasan, hamısı tökülüşəcək İrana. Qayıdanda İbrahim yenə gəldi yanıma, dedi ki, kəndə xəbər göndərmişəm gələcəksən. Noyabrın 24-də məni qayıqla o tay Parsabaddan bu tay Beyləqana, Daşburuna keçirtdilər. Dedim siz məni Arazdan keçirin, qalanını özüm edəcəyəm. O vaxt bizim milli pulları tanımırdım. Təzə dəyişmişdi, mənə 3 Nizami verdilər. İranlılar ona şallı deyirdilər. Daşburumda Ağayi Pərvizin dostunu tapdım. Ağayi Pərviz demişdi ki, o taksi tutub səni evinizə aparacaq. Ələtdə məni görmüşdülər, evə xəbər vermişdilər ki, Möhlət gəlir. Trasla bizim evimizin arasında haradasa 1 kilometr yarım məsafə var idi. Gördüm yol doludur, bütün kənd yolun qırağına yığılıb. Bir həftədən sonra rayon təhlükəsizlik şöbəsinə məlumat verdim, gəlib izahat aldılar. İki aydan sonra Bakıya Milli Təhlükəsizlik Nazirliyinə çağırdılar. Qırmızı Xaçın nümayəndəsinə orda qalan 28 əsirin adını verdim, ayda 2-3-nü dəyişməklə onları geri aldılar.

- Üç qadını da geri aldılar?
- Bəli.

- Onlar haralı idilər?
- Ağdamlı idilər.

- Necə əsir düşmüşdülər?
- Ağdamın getməyindən xəbərləri olmayıb, deyiblər ki, gecə saat beşə qədər yük maşınıyla RAYPO-ya mal daşımışıq. Beş vaqon mal RAYPO-ya boşaldılıb, dərhal onu maşınlara yükləyib rayonlara mağazalara paylayıblar. Boş rayonu erməniyə təhvil veriblər. Bankları boşaltdılar. Adını qoydular ki, erməni işğal eləyib. Bizimlə birgə poçtun müdiri var idi. Deyirdi Ermənistanda qalmaq istəyir, qorxurdu, gedib haqq-hesab verməli idi.

- Sənə iynə vurmuşdular?
- Vurmamışdılar. Əsirlərə maye vururdular ki, damarlarda tromblar yaransın, 2-3 aydan sonra ölsün. Barmaqlarındakı üzüklə əsirlərin sinə sümüyünə vururdular, sinə şişirdi. Çöl nə qədər şişirdisə, içəri də o qədər şişirdi. 50 dənə vururdular, deyirdilər 10 dənə də vursam içəridə ürəyin partlayacaq. Deyirlər qadınlar rəhimli olur. Əksər hallarda qadınlar bizi vururdular. Şəhid olanı vardı, oğlu ölən vardı, gəlib hayıf alırdılar.

- Çörək verən olurdu?
- İşləməyə gedəndə verirdilər.

- Əsirlikdən çıxandan sonra hökumət sənə nə isə kömək elədi?
- Heç bir kömək olmadı. Təmizlik kağızı verdilər, vəssalam. Nə güzəşt var, nə bir şey.

- Təmizlik kağızı nə deməkdir?
- Əsirlikdə olub, təmiz gəlib.

- Ermənilər sənə əməkdaşlıq təklif edirdilər?
- Çox təklif olurdu. Yoxlamaq üçün təkliflər verirlər. Lentə alırlar, sonra Azərbaycan tərəfə təhvil verirdilər. Orda da dedim ki, hökumətimizdən razı deyiləm, ancaq vətən vətəndir.

- İndi hökumətimizdən razısan?
- Yox, nəyindən razı olmalıyam?

- Eşitdim sən əsir düşən vaxt bütün kənd camaatı səni geri almaq üçün pul yığıb?
- O vaxt xəbər gələndə hə, yığmışdılar.

- Sənə ermənilər də kömək edirdilər?
- Bir erməni ailəsini Bakı aeroportundan yola salmışam, cavan ailə idi. Tələbə vaxtı dostumun evində qalırdım, onlar bizimlə qonşu idilər. Tay-tuş kimi bir yerdə oturub dururduq.

- Necə oldu ki, onunla rastlaşdın?
- O məni tanıdı, mən onu tanımadım. Gəldi çörək zavodunda un daşımaq üçün iki nəfər işçi istədi. Demə un-zad yox imiş, məni "pekarniyə" salmaq istəyirmiş ki, ünvanımı alsın, evimizə məktub yazsın ki, oğlunuz əsirdir. Dedi burada mən sənə heç bir köməklik edə bilmərəm. Özüm fərari kimiyəm, buradan gedirəm. Gedib Saratovdan məktub yazacam ki, sağsan. Evə yazmışdı ki, Möhlət sağdır, Xankəndindədir. Dəqiq ünvanımı yazmamışdı. Bütün erməni alayları Xankəndində idi. Heç biri də o biri ilə düz gəlmirdi. Məktubdan sonra atam Beyləqandan bir erməni tapmışdı. Dərbənd polisi vasitəsi ilə ora zəng etmişdi ki, oğlumu tapın gətirin, erməni sizinlə danışsın. Atama deyiblər ki, erməniyə heç nə etmə, nə qədər istəsən sənə pul verəcəyik. Sənin oğlun qaçıb. Atam inanmayıb, deyib ki, sizin əlinizdən adam qaça bilər? Öldürmüsünüz oğlumu ona görə belə deyirsiniz. Bir gün də sizə vaxt verirəm. Deyiblər 3-4 gün erməniyə dəymə, görəcəksən oğlun gəlib. Oğlun İrana keçib tapa bilmirik. Səhəri gün də atam Beyləqana gedib. Mən evə gələn gün atam Beyləqanda idi. Ermənini Beyləqanda Milli Təhlükəsizlik şöbəsinə təhvil verdik. Cavan sürücü idi. Gecə tutub gətirmişdilər.

- Əsirlərin içərisində ermənilərlə əməkdaşlıq edən vardı?
- Ağdamlı poçt müdiri uşaqlara kömək edən kimi deyirdi təxribat eləyirsiniz. Beniki çağırıb deyəcəm. Ağsaqqal adam idi. 70 yaşı var idi, bizi erməniyə satırdı.

- Adını, soyadını deyə bilərsən?
- Adı Ərşad idi, familiyası yadımdan çıxıb. Ağdamkənddən idi. MTN-ə məlumat vermişəm. Çöldə işləyənlərə çörək verirdilər. Paltarımın altında gizlədib uşaqlar üçün gətirirdim. Mənimlə qaçan Mehmanın qara ciyəri xəstə idi. Deyirdi ki, doşabla dolanıram. Ermənilərə baxanda bilirdim ki, bundan nəsə istəmək olar. Görürdüm nurani adamdır. Nə olsun ermənidir, gətirib verirdi. Bankada doşab verirdi. Deyirdim bunu apara bilmərəm, balaca pensilin şüşələrinə töküb verirdi. Aparıb Mehmana verirdim. Ərşad onu erməniyə satmışdı.

- Satqınlığına görə ona heç nə demirdiniz?
- Qorxurduq deməyə, erməniyə bizi döydürürdü. Stolun qıçı ilə döydürürdülər. 2 dəfə qabırğamı sındırdılar, özü bitib.

- Yanınızda çox əsiri öldürdülər?
- Əsgərandan Əsgər adlı oğlan var idi, onun kəlbətinlə 32 dişini yanımda çıxartdılar. Sonra özünü asdılar. Əsirlikdə ağdamlı Balış kişi var idi. Əsgər Balışın yeznəsi idi. Ermənilər Əsgəri tanıdılar, dedilər sən kəşfiyyata gəlmisən. Demə, qayınatasının camış balağı gəlməyibmiş, Əsgərə deyib get camış balağını tap gətir. Ermənilər Əsgərdən soruşublar nə axtarırsan, deyib qayınatamın camış balağını. Ermənilər camışın balağını tapıb bağlayıblar ağaca, gözləyiblər ki, qayınatası gələcək, qayınatasını tapıb gətirdilər bizim yanımıza. Sonradan onu dəyişdilər. O gəlib Salyan rayonunun hərbi komissarlığına demişdi ki, sizin rayondan Möhlət adında oğlan var idi. Çox yaxşı oğlan idi. Bizə həmişə kömək edirdi. O qaçdı, ermənilər tutub onu asdılar.

- Niyə yalan danışıb?
- Ermənilər qorxuzurdular ki, qaçan olmasın. Mən gələndən 10 ay sonra onları dəyişmişdilər. Hərbi komissar deyib ki, sən nə danışırsan, Möhlət 10 aydır gəlib, kənddədir. Ermənilər yalan deyir.

- MTN-də səni incitmədilər?
- Hər iki gündən bir çağırırdılar, gəlmirdim. Dedim gəlib məlumat vermişəm. Başqa məlumat istəyirsən özün gəl, evimi tanıyırsan. Salyanla Bakının arası piyada yolu deyil. İndi ildə bir dəfə çağırırlar. Yol pulu təklif edirlər, götürmürəm.

- Savadlı olmağın sənə kömək elədi? Məktəbdə yaxşı oxumuşdun?
- Poltexnik İnstitutuna sənədlərimi vermişdim. Riyaziyyatdan 5 aldım. Bir imtahandan 3 aldığım üçün konkursdan keçmədim. 4 alsaydım qəbul olunacaqdım. Sənədlərimi Neft və Kimya texnikumuna göndərmişdilər.

- General Talıb Məmmədovun axırı nə oldu?
- Deyəsən, indi milli qəhrəmandır. Atam bir dəfə onun qəbuluna gedib, deyiblər ki, axşam yuxusuz olub, indi yatır. Atam deyib çıxsın qabağıma, desin oğlum haradadır. Sonra məlumat gəlib ki, sərxoşdur, sənin qabağına çıxa bilməz. Elələri indi milli qəhrəman olub.

 

Şərh et

Çap variantı

Rəylər

Fuad Kamaloğlu 03-11-2011, 16:50
General Talıb Məmmədov indi MN kəşfiyyat rəisidir.Bədbəxt xalq gör sənin milli qəhramanların kimlərdidə.
 

Əsas bölmədəki digər xəbərlər.

n

22/05/2012 - 15:49 "BİZ MÜVƏQQƏTİYİK, SİZİ DAİMİLƏRƏ TAPŞIRIRIQ, ONLARDAN YAPIŞIN!"

n

16/05/2012 - 18:27 ÜÇ GÜN ÜÇ GECƏ ƏZABLI YOLLARLA...

n

15/05/2012 - 11:06 ƏHALİNİN BANK SEKTORUNA İNAMI AZALIB

n

12/05/2012 - 12:30 "O XAİN 8 NƏFƏRİ GÜLLƏLƏDİ, MƏNİ DƏ YARALADI"

n

11/05/2012 - 13:10 SEYSMOLOQ: "BÖYÜK QAFQAZDA 3-4 ZƏLZƏLƏ OLACAQ"

n

11/05/2012 - 11:02 HACIBALA ABUTALIBOV: "AZƏRBAYCANDA GÜLLƏR İNSANLARDAN ÇOXDUR"

n

10/05/2012 - 08:46 "HEÇ BİR XALQ TOTALİTAR REJİMLƏ YAŞAMAQ İSTƏMİR"

n

08/05/2012 - 12:57 ŞUŞANIN QARA YUBİLEYİ

n

07/05/2012 - 18:02 "ETİRAF ETMƏK İSTƏYİRƏM Kİ, ŞUŞANI ERMƏNİLƏRƏ MƏN SATMIŞAM"

n

02/05/2012 - 15:17 FRANSANIN BAKIDAKI SƏFİRİ ALMANİYALI HƏMKARININ MÜDAFİƏSİNƏ QALXDI

n

02/05/2012 - 15:10 "HƏBSXANADA VİCDAN MƏHBUSLARINI "DEPUTAT" ADLANDIRIRLAR" (foto)

n

27/04/2012 - 10:58 "BİZİ ANLAMAYAN ADAMLAR MƏĞLUB OLDULAR, TARİX DƏ BUNU GÖSTƏRDİ"

n

26/04/2012 - 10:26 AVROPA BİRLİYİ TAMAMİLƏ İFLASA UĞRAYIB

n

24/04/2012 - 13:31 "MƏN TURALI BU YOLDAN HEÇ VAXT ÇƏKİNDİRMƏYƏCƏM"

n

20/04/2012 - 10:37 "HAKİMİYYƏTİ XALQIN SUSQUNLUĞU VƏ İTAƏTKARLIĞI KORLAYIR"

n

18/04/2012 - 14:21 YADDAN ÇIXIB QARABAĞ

n

18/04/2012 - 12:29 "MƏMURLAR ÜÇÜN HƏYATIN MƏNASI CİBDƏN İBARƏTDİR"

n

17/04/2012 - 18:01 SİYASİ MƏHBUSLARIN ƏLEYHİNƏ KİMLƏR İMZA ATIB?

n

17/04/2012 - 09:36 "YODSUZ DUZUN ƏKSƏR HİSSƏSİ GÖMRÜK ORQANLARININ "SƏXAVƏTİ" İLƏ ÖLKƏYƏ BURAXILIR"

n

16/04/2012 - 17:29 "İLHAM ƏLİYEVLƏ PUTİN ARASINDA MÜNASİBƏTLƏR NORMAL DEYİL"

n

14/04/2012 - 16:03 "HAKİMİYYƏT ANTİ-TERROR ƏMƏLİYYATLARIYLA "EUROVİSİON"DAN İMTİNA ETMƏK İSTƏYİR"

n

12/04/2012 - 18:05 22 MİN DİPLOMU SAXTA OLAN TƏHSİLDƏN NƏ DANIŞMAQ OLAR?

n

10/04/2012 - 17:46 HANSINDAN İMTİNA ETMƏLİ, RLS-dən, YOXSA QARABAĞDAN?

n

10/04/2012 - 14:00 "HAKİMİYYƏT CƏMİYYƏTİ MƏCBURƏN RADİKALLAŞDIRIR"

n

07/04/2012 - 16:22 "SULUTƏPƏDƏ SÖKÜLƏN EVLƏRİN HAMISI YİYƏSİZLƏRİNDİ"

n

06/04/2012 - 11:29 "AXCP İLƏ MÜSAVAT İNTRİQALARA BAŞLADI"

n

05/04/2012 - 13:34 RƏSMİ BAKI KREMLİN QƏZƏBİNƏ TUŞ GƏLƏRSƏ...

n

03/04/2012 - 15:57 "KİMİNSƏ QƏRARGAHINA GETMƏYƏ NƏ VAXTIM, NƏ DƏ HƏVƏSİM VAR"

n

30/03/2012 - 16:15 QƏRBİN HAKİMİYYƏTƏ QARŞI TƏZYİQİ ÖZ MARAQLARI ÜÇÜNDÜR

n

30/03/2012 - 13:30 "KÜR" DAŞQINLARINA AYRILAN 377 MİLYON MANAT NECƏ İSTİFADƏ EDİLİB?

n

29/03/2012 - 11:08 "AZƏRBAYCANIN İCTİMAİ-SİYASİ SƏHNƏSİNƏ YENİ NƏSİL GƏLİR"

n

28/03/2012 - 14:55 QUBA OLAYI İLƏ BAĞLI ŞÜBHƏLİ NÜANSLAR

n

27/03/2012 - 12:18 ƏRDOĞAN YENİ TƏKLİFİ İLƏ NƏ DEMƏK İSTƏYİR?

n

26/03/2012 - 17:06 "HAKİMİYYƏTİN BORCUDUR Kİ, PROBLEMLƏRİ HƏLL ETSİN"

n

26/03/2012 - 16:00 "HAKİMİYYƏT REPRESSİYANI DAVAM ETDİRƏRSƏ..."

n

19/03/2012 - 14:28 "22 CASUSU HƏBS EDƏNLƏR 7 İLDİR Kİ, ELMAR HÜSEYNOVUN QATİLİNİ TAPA BİLMİRLƏR"

n

17/03/2012 - 16:40 HÖKUMƏTƏ QALSA DEYƏR Kİ, ÖLKƏDƏ YOXSUL YOXDUR

n

16/03/2012 - 16:04 BİR MONİTORİNQ QRUPUNUN İKİ ÜZVÜNDƏN FƏRQLİ MÖVQE

n

15/03/2012 - 16:21 BİR ƏSGƏR ÜÇÜN 80 MİN DOLLAR XƏRC ÇƏKİLƏCƏK YENİ SİSTEMƏ HAZIRIQMI?

n

14/03/2012 - 15:30 EUROVİSİON BOYKOT EDİLƏRSƏ...

n

13/03/2012 - 11:16 "AZƏRBAYCAN PUTİNİN SƏRTLİYİNƏ HAZIR OLMALIDIR"

n

12/03/2012 - 17:12 HAKİMİYYƏT NİYƏ NARAHATDIR?

n

09/03/2012 - 13:00 TANINMIŞ HÜQUQ MÜDAFİƏÇİSİ OMBUDSMANI KƏSKİN TƏNQİD ETDİ

n

07/03/2012 - 15:29 ÖLKƏNİN CİZGİ FİLM SAHƏSİ ACINACAQLI DURUMDADIR

n

05/03/2012 - 13:40 PUTİNİN PREZİDENT OLMASI NƏYİ DƏYİŞƏCƏK?

n

01/03/2012 - 16:21 "SOSİAL NARAZILIQLARIN SONU KÜTLƏVİ AKSİYALARA SƏBƏB OLACAQ"

n

29/02/2012 - 16:57 BAZARDA BAHALAŞMANI ŞƏRTLƏNDİRƏN AMİLLƏR

n

29/02/2012 - 16:20 "KİM GÜCLÜDÜR, O DA HAQLIDIR"

n

27/02/2012 - 17:37 "HAKİMİYYƏT ÇOX CİDDİ DÜŞÜNMƏLİDİR"

n

27/02/2012 - 16:57 ALMANİYA TELEVİZİYALARININ AZƏRBAYCANLA BAĞLI HAZIRLADIQLARI VERİLİŞLƏR NƏDƏN XƏBƏR VERİR?

n

24/02/2012 - 18:08 MİLLİ MƏCLİS XOCALI FACİƏSİNİ SOYQIRIM KİMİ TANIYACAQMI?

n

23/02/2012 - 18:38 KÜR DAŞQINLARI KORRUPSİYANIN VƏ YANLIŞ İDARƏETMƏNİN NƏTİCƏSİ İDİ

n

21/02/2012 - 12:58 ƏSGƏR HƏRBİ MÜDDƏT DÖVRÜNDƏ NƏ QƏDƏR GÜLLƏ ATMALIDIR?

n

20/02/2012 - 17:25 "HƏBSLƏRLƏ ÖLKƏDƏ TƏXRİBAT TÖRƏTMƏK İSTƏYİRLƏR"

n

20/02/2012 - 15:58 "DİNDARLARIN KÜTLƏVİ HƏBSİ İSRAİL VƏ YƏHUDİ DİASPORASI TƏRƏFİNDƏN DƏSTƏKLƏNİR"

n

17/02/2012 - 14:15 GƏNCLİYİMİZİ ONLARA QARŞI GƏLƏN DALĞANIN ZƏRƏRİNDƏN NECƏ QORUYAQ?

n

17/02/2012 - 13:20 MÜNAQİŞƏNİN HƏLLİNDƏ İRLANDİYA MODELİ

n

17/02/2012 - 11:50 "TELEKANALLAR CƏMİYYƏTƏ ZƏRƏR VERƏN VƏ İCTİMAİ ƏXLAQI POZAN PROQRAMLAR YAYIMLAYIR"

n

17/02/2012 - 11:40 "KORRUPSİYA VƏ RÜŞVƏTXORLUĞU İNKİŞAF KİMİ TƏQDİM ETMƏK YOX, QARABAĞI QAYTARMAQ LAZIMDIR"

n

15/02/2012 - 13:49 SUMQAYITIN NARKOMANİYA BƏLASI

n

11/02/2012 - 15:25 "ORDU HAKİMİYYƏTİN ƏMRLƏRİNİ YERİNƏ YETİRƏN BİR QURUMDUR"

n

11/02/2012 - 10:53 İRANIN AZƏRBAYCANDAKI SƏFİRİ EHTİMAL OLUNAN HÜCUMLA BAĞLI AÇIQLAMA VERİB

n

10/02/2012 - 14:00 TANINMIŞ HÜQUQ MÜDAFİƏÇİSİ "EUROVİSİON"un HAKİMİYYƏTƏ VURACAĞI ZƏRBƏLƏRDƏN DANIŞDI

n

08/02/2012 - 18:03 ÖLKƏ NİYƏ BU DURUMA SALINIB?

n

06/02/2012 - 18:23 "HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

n

06/02/2012 - 16:29 AZƏRBAYCAN HAKİMİYYƏTİ "NÖVBƏSİNİ" GECİKDİRMƏK İSTƏYİR

n

06/02/2012 - 16:10 AZƏRBAYCAN MİSİRLƏ NƏYƏ GÖRƏ MÜQAYİSƏ EDİLİR?

n

04/02/2012 - 15:25 FRANSANIN ADDIMLARI TÜRK DÜŞMƏNÇİLİYİNDƏN XƏBƏR VERİR

n

04/02/2012 - 14:22 "ETİRAZ AKSİYALARI KEÇİRMƏKDƏ İSRARLIYIQ"

n

03/02/2012 - 17:44 ZİYALILAR FORUMUNA QARŞI APARILAN KAMPANİYA NƏ İLƏ BAĞLIDIR?

n

03/02/2012 - 11:21 AZƏRBAYCAN HAKİMİYYƏTİ FRANSAYA XOCALI SOYQIRIMI İLƏ CAVAB VERƏ BİLƏCƏKMİ?

n

30/01/2012 - 17:15 DÜNYA ŞÖHRƏTLİ İSLAM ALİMİ FAKTXEBER.COM-a MÜSAHİBƏ VERİB

n

28/01/2012 - 15:56 "GÜNƏŞLİ" YATAĞINDA DAHA BİR QUYU QAZILARAQ İSTİFADƏYƏ VERİLİB

n

28/01/2012 - 15:50 ƏGƏR HAKİMİYYƏT QORXMASA...

n

28/01/2012 - 15:28 "RÜSTƏM İBRAHİMBƏYOVUN MEDALDAN İMTİNA ETMƏSİ AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ MESAJDIR"

n

25/01/2012 - 15:29 ÜMİDLƏR DOĞRULMADI

n

18/01/2012 - 15:20 İNSAN HAQLARINI ALVERƏ ÇEVİRƏN TƏŞKİLATLAR KİMLƏRDİR?

n

18/01/2012 - 11:26 RUSİYA VƏ ÇİNİN MÜQƏDDƏRATINI HƏLL EDƏCƏK MÜHARİBƏ

n

14/01/2012 - 11:04 "SUSMAQ MƏQAMIDIR VAXTI GƏLƏNDƏ DANIŞACAĞAM"

n

13/01/2012 - 13:41 İCTİMAİ PALATADAN RƏSUL QULİYEVİN İTTİHAMLARINA CAVAB GƏLDİ

n

11/01/2012 - 11:04 "AZƏRBAYCAN HÖKUMƏTİNİN MƏNİM QARŞIMDA MƏĞLUB OLMASI BÖYÜK SİYASİ HADİSƏDİR"

n

10/01/2012 - 14:19 NƏTİCƏSİZ SOÇİ GÖRÜŞLƏRİNDƏ MARAQLI TƏRƏFLƏR AZƏRBAYCAN VƏ ERMƏNİSTAN DEYİLMİŞ

n

09/01/2012 - 17:30 İSA QƏMBƏR: "İLHAM ƏLİYEVİN İSTEFASI GÜNDƏLİYƏ GƏTİRİLMƏLİDİR"

n

07/01/2012 - 13:56 İNFORMASİYALAR İNSANLARIN YALNIZ CİNAYƏT FANTAZİYASINI ARTIRIR

n

06/01/2012 - 17:05 "KRİMİNAL VERİLİŞLƏR İNSANLARA HƏR ŞEYİ RAHAT FORMADA BAŞA SALIR"

n

06/01/2012 - 14:10 "FACEBOOK"UN NARAZI KÜTLƏSİ VƏ AZƏRBAYCAN REALLIĞI

n

06/01/2012 - 11:08 MƏŞHUR KİNOREJİSSORDAN HAKİMİYYƏTƏ XƏBƏRDARLIQ

n

29/12/2011 - 18:09 HƏBSDƏ OLAN İSLAM PARTİYASI LİDERİNİN EVİNDƏ

n

29/12/2011 - 15:10 "MƏN TƏMƏNNASIZ FƏALİYYƏT GÖSTƏRİRƏM"

n

29/12/2011 - 13:15 "MÜSAHİBƏ ALMAĞA ADAM TAPMIRAM"

n

29/12/2011 - 11:34 AHIL İNTİHARI İLƏ DƏ YADDA QALAN 2011-Cİ İL

n

29/12/2011 - 11:30 RÜSTƏM İBRAHİMBƏYOV HAKİMİYYƏTƏ OD PÜSKÜRDÜ

n

29/12/2011 - 09:38 XARİCİ İŞLƏR NAZİRİ ELMAR MƏMMƏDYAROV 2011-Cİ İLİ DƏYƏRLƏNDİRDİ - Müsahibə

n

28/12/2011 - 14:44 RÖVNƏQ ABDULLAYEV: "BU TÜRKİYƏ İLƏ BİZİM ARAMIZDA SİRDİR" - Müsahibə

n

27/12/2011 - 14:45 "DİNİ MÜƏSSİSƏLƏRİN MÖVCUDLUĞU DİNİN TƏSDİQİ MƏNASINA GƏLMİR"

n

26/12/2011 - 15:47 RƏSMİ BAKI FRANSANIN HƏMSƏDRLİYİNDƏN İMTİNA EDƏ BİLƏCƏKMİ?

n

24/12/2011 - 14:43 QƏRBİN ƏDALƏTSİZ DEMOKRATİYA PRİNSİPİ

n

22/12/2011 - 17:23 MƏNİ TƏNQİD EDƏNLƏR HƏYATI BİR RƏNGDƏ GÖRÜRLƏR

n

21/12/2011 - 17:27 ""AKDS" PEYVƏNDİ VURULANDAN SONRA UŞAQLAR NİTQİNİ İTİRİR"

n

21/12/2011 - 12:51 ORDUDA BİT PROBLEMİ VƏ QARABAĞIN AZADLIĞI


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
HƏSƏN KƏRİMOV
"Yaxşı olardı ki, azərbaycanlı millət vəkillərinin Ermənistana səfərindən danışsınlar. Başda prezident olmaqla, ölkənin digər rəsmiləri ermənilərlə daha çox əlaqə yaradırlar"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.