Televiziyaya çox baxmaq uşaqlarda yüksək təzyiqə səbəb olur
15-08-2009 / 16:36
FaktXəbərin verdiyi məlumata əsasən, beynəlxalq Universitet mütəxəsislərinin 3-8 yaşındakı 100-ə qədər uşaq üzərində apardığı araşdırma, ekran qarşısında çox vaxt keçirməyin uşaqlarda yüksək təzyiq riskini önəmli dərəcədə artıra biləcəyini göstərib. Araşdırmanı aparan qrupun rəhbəri həkim Joey Eisenmann, hərəkətsizlik və artıq çəki ilə yüksək təzyiq arasında əlaqə olduğunun daha öncə müəyyən edildiyini, ancaq ilk dəfə hərəkətsiz yaşamaq və çəkidən asılı olmayaraq yüksək təzyiq arasında bağlantının müəyyən olduğunu vurğulayıb. Təzyiqin yüksəlməsinə ekran qarşısında çox qalmaqla bağlı yuxu pozğunluğu da səbəb ola bilər. Lakin bu hal televizorun, metobolizmi oturaraq edilən başqa işlərdən daha az aktivləşdirməsilə bağlıdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.