Dünya gündəminə yenə "qrip epidemiyası" ilə bağlı fikirlər atılıb
07-10-2011 / 14:12
Bu il qrip epidemiyası olacaqmı, yoxsa yenə kimlərsə cəmiyyətdə çaxnaşmamı yaratmaq istəyir? Qrip peyvəndi vurdurmaq vacibdirmi? Qrip peyvəndi istehsal edən firmaların, ya da dərman sənayesinin bu epidemiya təbliğatında rolları varmı? Bu il bazarda olan qrip peyvəndi bizi epidemiyadan qoruya biləcəkmi? Qrip peyvəndi pul tələsidirmi, kimi bir çox suallar hələ də öz cavabını axtarır.
Bir neçə sual da mən yazım, cavabını siz axtarın:
BİR: 1950-ci ildən bəri, yəni 60 ildir tətbiq edilən bir peyvənd haqqına hələ də "Edilsinmi, edilməsinmi" və ya "Əks təsiri varmı", ya da "Həqiqətən virusa təsir edirmi, yoxsa pul tələsidir" şəklindəki mübahisəli suallar bu peyvəndin fəaliyyəti və etibarlılığını şübhə altına alır.
İKİ: Hansısa peyvənddən gözlənilən 1 və ya 2-3 doza vurulduqdan sonra mikroba qarşı heç olmasa bir neçə il, hətta ömür boyu davam edəcək immunitet yaratmasıdır. Hər il vurulması lazım olan bir peyvəndə, peyvənd demək doğrudurmu?
ÜÇ: Qrip peyvəndlərinin qripə qarşı yaratdığı immunitet bir il belə davam etmir. Bu il mütəxəssislərin qrip peyvəndinin oktyabr-noyabr ayından əvvəl vurulmasının, peyvəndin təsirini azaldacağını söyləmələri bunun açıq dəlili deyilmi?
DÖRD: Qrip peyvəndinin xəstəlikdən 70-80 faiz qoruduğu bildirilir. Bu rəqəm, peyvənd olunan gənc və sağlam insanların 70-80 faizində o viruslara qarşı antivirusun varlığını göstərir və peyvəndin qoruyuculuğunu sübut etmir. Üstəlik peyvəndin təsirli olması üçün peyvənddəki viruslarla xəstəlik yaradan virusun eyni olması lazımdır. "Peyvəndin 70-80 faiz qoruduğu" ifadəsi yalana oxşamırmı?
BEŞ: Yaş keçdikcə və immunitetə təsir edən xəstəlik olmasına görə, gənclərdəki qədər antivirus yaranmaması da çox əhəmiyyətlidir. Bir insanın qripdən zərər görmə ehtimalı artdıqca, peyvənddən faydalanmaq şansının da o qədər azalması ironik deyilmi?
ALTI: Amerikada son 20 ildə qrip peyvəndi olunan yaşlıların sayının 15 faiz deyil, 65 faizə qalxmasına baxmayaraq, yaşlıların xəstəxanaya düşmə və ölüm saylarının azalmaması qrip peyvəndlərinin işə yaramadığını göstərmirmi?
YEDDİ: "6 aylıqdan böyük uşaqlara qrip peyvəndi edilə bilər" deyilməsinə baxmayaraq, peyvəndin 2 yaşından kiçik uşaqlara təsiri və etibarlığı barədə heç bir məlumatın olmadığını bilirsinizmi?
SƏKKİZ: Qrip peyvəndi istehsalçılarının iki il əvvəlki "donuz qripi" epidemiyasını dünya səviyyəsində bir qorxu kampaniyasının təsiri ilə pul qazanmaq yarışına çevirmələri və bundan müvəffəqiyyət əldə etmələri sizi hələ də yuxudan ayıltmayıbmı?
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.