Star TV-nin "Doğuş" qrupuna satılmasıyla birlikdə Dündarın da kanaldan ayrılacağı qətiləşib
07-10-2011 / 13:12
FaktXeber.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Uğur Dündar 2012-ci ilin ilk günlərindən CNNTürkün rəhbərliyinə keçəcək. O öz qrupu ilə mövcud olan CNNTürk qrupuna inteqrasiya edəcək. İstədiyi şəxsi saxlayacaq, istədiyini çıxaracaq, yəni tam səlahiyyət sahibi olacaq.
Türk mətbuatı Uğur Dündarın CNNTürkdə nə edəcəyinə də toxunublar. Media yazır: "Bütün xəbər kanalları bir-birinə bənzəyir. Hamısı ruhsuz və utancaq. Bütün kanallar gün ərzində ruhsuz xəbər verir, guya hadisə yerindən canlı veriliş aparır.
Uğur Dündar orada fərq yaratmaq istəyir. Bunun üçün ruhsuz format əvəzinə, yaşayan və həyəcan dolu bir xəbər mərkəzi modelinə keçəcək.
Bu məqsədlə kanal davamlı olaraq sanki zəlzələ baş veribmiş kimi yayımlanacaq. Aparıcının stolunun yanında, redaktorlar, müxbirlər və mütəxəssislər olacaq. Həmin an dünya gündəmində nə varsa, o mövzu müzakirə ediləcək, canlı əlaqələr olacaq. Kanalın əvvəlcədən müəyyənləşdirilmiş proqramı olmayacaq."
Uğur Dündar hər gün 10:00 - 12:00 və 14:00 - 17:00 arası xəbərlər proqramını şəxsən aparacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.