Bu gün Azərbaycanın ən yaşlı siyasi partiyası yubileyini qeyd edir. Bu gün partiyanın 100 yaşı tamam olur
07-10-2011 / 11:34
FaktXeber.com xəbər verir ki, Müsavat Partiyasıın əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu tərəfindən Bakıda qoyulub. Müsavat ərəb sözüdür və Azərbaycan dilinə bərabərlik kimi tərcümə olunur.
Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, M.Ə. Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında M.Ə. Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə "Türk ədəbi dili ilə" çap olunan ilk mətbu orqandır."Müsavat"ın islamçı ideologiyası ətrafında qurulmasına və onun rəhbəri olan M.Ə. Rəsulzadənin türkçülük düşüncələrinə rəğbət bəsləməsinə baxmayaraq, Birinci Dünya Müharibəsinin ilk illərində "Müsavat" partiyası Çar rejimini dəstəkləmişdir.
1991-ci ilin iyununda Yeni Müsavatın I qurultayında Nəsib Nəsibzadə Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilir. 1992-ci ildə Müsavatın bərpa mərkəzi yaradılır. 1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilir və İsa Qəmbər Partiyanın Başqanı seçilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.