“Rəsmi Vaşinqton maraqlarının təmini üçün nəinki Sərkisyanla, istənilən erməni canisiylə əməkdaşlığa gedə bilər”
06-10-2011 / 16:36
“WikiLeaks” saytının yaydığı növbəti sənəd ABŞ-ın 2008-ci ildə Ermənistanda həyata keçirilən total seçki saxtakarlığına göz yumduğunu, bu ölkənin mafioz, cinayətkar klanlar tərəfindən idarə olunduğunu və digər maraqlı faktlar üzə çıxartdı.
Xatırladaq ki, ABŞ-ın Ermənistandakı səfirinin siyasi məsələlər üzrə müavini Jozef Penninqtonun Vaşinqtona göndərdiyi teleqramda prezident seçkilərinin nəticələrinin kütləvi şəkildə saxtalaşdırıldığını, Serj Sərkisyanın bəyan olunduğu kimi, 52 faiz deyil, bundan 8-14 faiz az səs topladığını bildirib. Sənədlərə əsasən, bu istiqamətdə səfir Mari Yovanoviçin qarşısında dayanan vəzifələr Sərkisyan administrasiyasına hərtərəfli dəstək vermək və hakimiyyəti o zaman Ermeni Milli Konqresində təmsil olunan parlamentdənkənar müxalifətdən qorumaq olub.
Məsələni şərh edən politoloq Xaqani İsmayıl bildirdi ki, ABŞ-ın diplomatik nümayəndəliklərinin məxfi yazışmalarını yayan “WikiLeaks”-in Ermənistanla bağlı son məlumatı Vaşinqtonun riyakar, ikiüzlü siyasət yürütdüyünu bir daha təsdiq etdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.