Qəhvənin faydaları ilə bərabər bir o qədər də ciddi zərərləri var
06-10-2011 / 16:29
ZƏRƏRLƏRİ:
Yüksək təzyiq: Aparılan araşdırmalara görə, nizamlı olaraq gündə 4 - 5 stəkan qəhvə içənlərin qan təzyiqləri sürətlə yüksəlir. Ürək: Həddindən artıq qəhvə qəbulu ürəyin ritminə mənfi təsir edir. Qəhvənin kafeini ürəkdə ritm pozğunluqları yaradır. Mədə: Qəhvə, xora əmələ gətirir və mədənin turşu ifrazını artırır. Buna görə də, mədə xəstələri gündə 2 fincandan çox qəhvə qəbul etməməlidirlər. Şəkər xəstəliyi: Aparılan araşdırmalar, yemək vaxtı yüksələn qan şəkəriylə birlikdə qəbul edilən qəhvənin şəkər xəstəliyinə mənfi təsir etdiyi məlum olub. Mütəxəssislər şəkər xəstələrinin də qəhvədən az qəbul etməsini söyləyirlər. Su itkisi: Mütəxəssislərin bir qisimi qəhvənin bədəndə maye itkisinə səbəb olduğunu müdafiə edərək, bir qisimi də bu itkinin əhəmiyyətsiz dərəcədə az olduğunu müdafiə edirlər.
FAYDALARI:
Xərçəng: Qəhvədə, yaşıl və qara çay kimi antioksidantlar var. Bu da xərçəngə səbəb olan hüceyrələrin çoxalmasına mane olur. Öd daşları: Qadın bədəni kişiyə müqaisədə iki qat çox öd daşı yaradır. Gündə dörd stəkan qəhvə içən qadınların içməyənlərə nisbətlə 25 faiz az öd daşından şikayət etdiyi sübut olunub. Parkinson: Aparılan araşdırmada gündə bir fincan qəhvə içən insanların parkinson xəstəliyi riskinin 40 faiz azaldığı məlum olub. Qaraciyər: Qəhvə qəbul etmək xüsusilə qaraciyər xərçəngi riskini azaldır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.