"Avropa Şurası, özünün vətənpərvər olduğunu xalqa nümayiş etdirmək üçün Azərbaycan hökumətinə lazımdır"
05-10-2011 / 16:33
Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edilib. Bu isə Ermənistan nümayəndə heyətinin narazılığına səbəb olub. Ermənilər hətta bunun üçün bir neçə şərt də irəli sürüblər. Erməni müxalifəti isə komitənin fəaliyyətinin bərpası barədə verilən qərarı Azərbaycan diplomatiyasının uğuru kimi şərh edib. Bəs doğrudanmı bu qurumun fəaliyyəti Qarabağ probleminin həllinə müsbət təsir göstərə bilər? Ümumiyyətlə erməniləri əndişələndirən nədir?
Avropa Şurasının özünü tamamilə formal qurum adlandıran politoloq Həsrət Rüstəmov məsələyə münasibət bildirərək təəssüflə qeyd etdi ki, xalqımızın, o cümlədən Azərbaycan demokratik qüvvələrinin bu quruma daxil olarkən ona bəslədiyi ümidlər tamamilə boşa çıxdı.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.