BMT-nin Dünya İntellektual Mülkiyyət Təşkilatı ənənəvi kağız qəzetlərin 2040-cı ilə qədər ləğv ediləcəyini açıqlayıb
04-10-2011 / 12:15
FaktXeber.com-un verdiyi məlumata görə, BMT-nin tərkibində olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının direktoru Fransis Qarri, İsveçrədə nəşr olunan "La Tribune de "Geneve" qəzetinə verdiyi açıqlamada, "bir neçə ilə bizim bildiyimiz çap olunan qəzetlər qalmayacaq. Bu təkamüldür, nə yaxşı nə pis, qəzetlərin 2040-cı ildə itəcəyinə dair araşdırmalar var, bu ABŞ-da 2017-ci ildə ola bilər",- deyib.
Bunun qaçınılmaz təkamül olduğunu və ABŞ-da indidən kağız kitabdan çox rəqəmsal kitab satıldığını, şəhərlərdə artıq az kitabxana qaldığını qeyd edən Qarri, təkamülün problemlərindən birinin də jurnalistlərin gəlirləri olacağını vurğulayıb.
"Redaktorlar, məqalələri yazanlara ödəyəcək gəliri haradan tapacaqlar" deyə sual edən BMT-nin tərkibində olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının direktoru Fransis Qarri, məqalələri yazanların pulunu ödəyə bilmək üçün müəllif haqqları sistemini mühafizə etmək lazım olduğunu, bu olmadan məqalə və xəbərləri yazanların yaşaya bilməyəcəyini vurğulayıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.