Rusiyanın Lipetsk şəhərində keçirilən VIII Beynəlxalq İdman Filmləri Festivalı başa çatıb
04-10-2011 / 09:58
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, festivalda 27 ölkədən 100-dən artıq film nümayiş etdirilib.
Serbiya, Rusiya, Bolqarıstan, Belarus və Azərbaycan nümayəndələri ilə təmsil olunan beynəlxalq münsiflər heyəti qalibləri bir neçə nominasiya üzrə müəyyən ediblər.
Qeyd edək ki, Olimpiya İdeallarına Sədaqət nominasiyasında azərbaycanlı gənc rejissor Arzu Urşanın 46 dəqiqəlik “Yerə dəyən top göylərə qalxar” sənədli filmi qalib olub. Futbolun ölkəmizə gəlişinin 100 ili münasibətilə xalqın ən çox sevdiyi idman oyununun inkişaf mərhələləri, qələbələr və məğlubiyyətlər, böyük futbolçular haqqında hekayələrin əksini tapdığı film üzərində Arzu Urşan işini festival ərəfəsində başa çatdırıb. Bu baxımdan demək olar ki, Lipetskdə filmin premyerası keçirilib. Tamaşaçıların filmimizə göstərdikləri böyük maraq isə münsiflər heyəti tərəfindən də təsdiqlənib.
Nərgiz Kazımlı
Xatırladaq ki, “Yerə dəyən top göylərə qalxar” sənədli filmi “Salnamə” studiyasında çəkilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.