TİBB SAHƏSİNDƏ NOBEL MÜKAFATINI İMMUNİTETƏ VERDİLƏR
Laureatlar 3 nəfərdir
03-10-2011 / 15:49
FaktXeber.com-un verdiyi məlumata görə, Stokholmda fiziologiya və tibb sahəsində Nobel mükafatının qalibi elan olunub. 10 milyon isveç kronundan (təxminən 1 milyon AZN) ibarət mükafat anadangəlmə immunitet üzərində işləyən üç alimə verilib. Laureatlar Bruce A. Beutler, Jules A. Hoffmann və Ralph M. Steinmandır. mükafatlandırma mərasimi dekabrın 10-da keçiriləcək.
Anadangəlmə immunitet - Canlı orqanizmin patogenezi (xəstəlik prosesinin inkişafında ardıcıllıq) aşkarlayıb məhv etməsidir.
2011-ci il fizologiya və tibb sahəsindəki Nobel mükafatının laureatları uzun illər anadangəlmə immunitet üzərində işlər apararaq, onun yoluxucu "agent"lə qarşılaşdıqda necə işə düşməsini araşdırıblar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.