Türkmənistan dünyanın qibtə ediləcək dövlətlərindəndir. Bu ölkədə qaz, benzin, elektrik enerjisi, su, duz, hətta ölmək belə pulsuzdur
03-10-2011 / 13:36
Sizə 2012-ci ildə Türkmənistan Respublikasının dövlət büdcəsinin 53 milyard dollar olacağı barədə məlumat vermişdik. Və bu büdcənin 76.7 faizi ölkədə ictimai rifahın artırılması üçün nəzərdə tutulub. Bu elə bir haldadır ki, ölkədə bəzi kommunal xidmətlər ümumiyyətlə pulsuzdur.
Bəs hansı xidmətlərdir pulsuz?
1992-ci ildə Sovett İttifaqının dağılmasından sonra hakimiyyət başına gələn Səfərmurad Niyazovun fərmanı ilə Türkmənistan əhalisi ildə adambaşına 600 kubmetr qaz və ayda 25 kilovat işığı pulsuz istifadə etmək hüququna sahib oldu.
Bu gün isə Türkmənistanda işıq üçün pulsuz hədd daha 10 kilovat qaldırılaraq 35-ə çatdırılıb. Bundan əlavə hər bir türkmən gündə 250 litr pulsuz su, ayda isə 400 qram pulsuz duz istifadəsi haqqına sahibdir. Hətta bu ölkədə kəfən də pulsuzdur.
Amma kimin bu kommunal haqlardan nə qədər istifadə etdiyini müəyyənləşdirmək bir az çətindir. Çünki indiyə kimi hələ də Türkmənistanın əksər hissəində qaz, işıq və su sayğacları quraşdırılmayıb.
2006-cı ildə Səfərmurad Niyazovun ölümündən sonra isə hakimiyyətə gələn Qurbanqulu Berdımuhammedov 2008-ci ilin fevral ayından hər bir minik avtomobilinə ayda 120, avtobus və yük maşınlarına 200, motosikletlərə isə 40 litr pulsuz benzin verilməsi barədə sərəncam imzaladı.
Bu sərəncamla Türkmənistan xalqı kanalizasiya üçün ödənişdən də azad edildi.
Rəsmi statistikaya görə, sosial müdafiə və sosial xidmətlər, o cümlədən pensiya, pulsuz təhsil, səhiyyə dövlət büdcəsinin 70 faizini təşkil edir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.