Mobil telefonlardan yayılan elektromaqnit dalğalarının DNT-yə də təsir etdiyi məlum olub
30-09-2011 / 13:36
Mütəxəssislər cib telefonlarının insan sağlamlığına çox zərəri olduğunu, buna görə də mümkün qədər bədəndən uzaq saxlanılmasının vacibliyini bildirirlər.
Mobil telefonlar xüsusilə baş ağrısı yaradır. Yaydığı elektromaqnit radiasiyanın DNT-yə təsir edərək bədəndə xərçəngə səbəb olduğu və funksiya pozğunluqları yaratdığı da heyvanlar üzərində aparılan təcrübələrin nəticəsində aydın ortaya çıxıb. Telefonun ən çox radiasiya yaydığı vaxt zənd qəbul etdiyi andır. Zəngi qəbul etdikdən sonra qulağa gətirmək, radiasiyanı bir az azaldır.
Mütəxəssislər mobil telefonların insanda sinirlərin elektrik axınını pozduğunu bildirərək aşağıdakıları tövsiyyə edirlər:
- Mütləq qulaqlıq istifadə edilməlidir.
- Dalğa qəbulunun aşağı olduğu yerlərdə telefonla danışılmamalıdır. Çünki siqnalın zəif olduğu bölgələrdə telefon operatorla əlaqə qura bilmək üçün daha çox güc sərf edir və radiasiya yayır.
- Telefon sinəmizə yaxın yerdə olsa, ürək ritminə mənfi təsir edəcək. Telefonu yastıq altında saxlamaq isə tamamilə yanlışdır. Yatarkən mobil telefon ən az 2-3 metr uzaqda saxlanılmalıdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.