"AZADLIQ" QƏZETİNİN BAŞ REDAKTORU QƏNİMƏT ZAHİDDİR!
Baş redaktor onun yerinə kiminsə qəzetə baş redaktor təyin olunacağı xəbərini təkzib etdi
29-09-2011 / 13:06
Bir neçə gün əvvəl “Azadlıq” qəzetinə yeni baş redaktor təyin olunacağı ilə bağlı xəbər vermişdik. Xəbərdə bildirilirdi ki, qəzetə rəhbərlik üçün Qənimət Zahiddən sonra Şahbaz Xuduoğlunun namizədliyi irəli sürülüb. Amma bu ad qəbul edilməyib. Daha sonra isə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın qəzetə baş redaktor gətiriləcəyi qeyd olunurdu. Xədicə xanımın münasibətini öyrənmək istəyimiz isə alınmamışdı və o vaxtı olmadığını bildirmişdi.
Sözügedən məsələ ilə əlaqədar “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin də fikirlərini öyrəndik. Qənimət bəy xəbəri təbəssümlə qarşıladı və bu cür xəbərləri kimdən eşitdiyimizi soruşdu. Məlumatı qəzetin əməkdaşlarından birindən aldığımızı bildirdikdə isə, “bizim qəzetin beş-altı əməkdaşı var və onların hər biri ilə gündə 10 dəfə əlaqə saxlayıb tapşırıqlar verirəm, məsləhətləşirəm, problemlərin həll olunmasında iştirak edirəm”, - deyə bildirdi.
Qənimət bəy daha sonar əlavə etdi ki, “mənim yerimə baş redaktor vəzifəsini tutacaq adam, ancaq Qənimət Zahiddir. Hələ ki, başqa bir adamın namizədliyinin müzakirə edilmədiyini bilirəm. Məni sevən dostların hamısı ilə ölənə qədər bir yerdə olacağam.”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.