Tayvanlı oftalmoloqlar aşkar ediblər ki, birinci sinif şagirdləri arasında uzağı görməyənlər 21,5 faiz, altıncı sinif şagirdləri arasında isə artıq 65 faiz təşkil edir
29-09-2011 / 11:04
FaktXeber.com-un verdiyi məlumata görə, uşaqların 3,4 faizi uzağı görməməyin ağır formasından əziyyət çəkirlər.
Həkimlər və alimlər belə cansıxıcı nəticələri uşaqların körpə yaşlarından mobil telefonlardan istifadə etmələri ilə əlaqələndirirlər.
Körpələr valideynlərinin mobil telefonları, portativ kompüterləri, planşetləri ilə oynayırlar.Böyüdükdən sonra isə özlərinə elektron cihazlar alırlar ki, bu da uşaqların görmə qabiliyyətini ildən-ilə pisləşdirir. Mütəxəssislərin fikrincə, uşaqların gözləri davamlı yüklənmənin öhdəsindən gələ bilmir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.