Kommunizmin nəzəri qurucusu Karl Marks deyilincə ağla kapitalizmlə mübarizə gəlir. Bəs Marks özü həqiqətən də Marksist idimi?
28-09-2011 / 14:27
760 səhifəlik bir kitab... Milyonlarla insanı küçələrə tökən bir insan... Və bir qəmli əhvalat... Bilinməyən sirr!.. Marks, zəngin bir müdirə məsləhətçilik edirmiş!.. Yaxşı bəs, küçələrə tökülən milyonlarla əməkçi nə etdi?..
Bioqrafiya yazıçısı Meri Qabriel Karl Marksın bilinməyən tərəflərini aşkarlayıb.
Qabriel "Eşq və Kapitalizm" adlı kitabında "Marks kütlələri çevriliş gücü ilə hərəkətə keçirməyə çalışarkən, arvadı və qızlarıyla birlikdə öz həqiqi inqilabını reallaşdırmağa aciz idi. Çünki evdə ondan çörək gözləyənlər vardı. Arvadı Jenni də inqilabçı birinin həyat yoldaşı olmağın necə hiss olduğunu ömrü boyu yaşadı",- deyə yazılıb.
Mari Qabrielin "Eşq və Sərmayə" adlı 760 səhifəlik kitabı çox müzakirə olunacaq. Kitabdan: "Marks, indi yaşasaydı ehtimalla "səhvmi etdim, deyərdi." Amerikalı yazar Qabrielin araşdırdığı əsas mövzu budur... Həqiqi işçi, inqilabçı, proletar, kommunist həyatı kimi impulslar vardırmı, yoxsa bunların hamısı destopik bir gözbağlayıcıdırmı? Məsələn Marks, həyatının müəyyən dövründə zəngin fabrikçi müdirə məsləhətçilik etmişdirmi? Çünki Marks, ömrü boyu ailəsini, xüsusilə qızı Viktoria Marksı rahat yaşatmaq üçün əlindən gələni etmişdi. Onların, yəni ailəsinin həmişə rahatlıq içində yaşamalarını arzu etdi. Meri Qabriel bütün bu suallara cavab axtarıb "Love and Capital" kitabında.
Kitabdan bir fraqment: "Həqiqi bir şey varsa o da Marksdan başqa hamının potensial Marksist olduğudur; yenə həqiqət olan bir şey varsa o da dünyada yeganə bir insanın Marksist ola bilməməsidir, o da Marksdır!"
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.