O müğənniyə eyni anda bir-biri ilə reaksiya girən iki dərman verməkdə ittiham olunur
28-09-2011 / 13:37
FaktXeber.com-un verdiyi məlıumata görə, məşhur müğənni Maykl Ceksonun ölümündən 2 il keçdikdən sonra Los-Ancelesdə onun şəxsi həkiminin kardioloq Konradom Myurreeyin "qəsdən öldürmə" ittihamı ilə məhkəməsi başlayıb.
Qeyd edək ki, Maykl Cekson 25 iyun 2009-cu ildə 51 yaşında dünyasını dəyişmişdi. İstintaqın gəldiyi qənaətə görə, Myurrey müğənniyə yüksək dozada yuxu dərmanı - propofol verib. Bu isə digər sakitləşdirici preparatla bir-birinə təsir göstərərək, müğənninin ölümünə səbəb olub.
Ancaq həkimin vəkilləri iddia edirlər ki, Murrey başqa otaqda olanda dərmanı müğənni özü qəbul edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.