FaktXeber.com-un "Science" jurnalına istinadən verdiyi məlumata görə, gecə işi xüsusən qadınlar üçün çox zərərlidir. Gecə işi ikinci tip diabet xəstəliyi riskini artırır. Harvard səhiyyə məktəbi alimlərinin apardıqları genişmiqyaslı tədqiqatın nəticələri belədir.
Alimlər 1988-ci ildən 2008-ci ilədək 69 min amerikalı qadın üzərində müşahidələr aparıblar. Bu müddət ərzində müşahidə olunanlardan 6200 qadın diabet xəstəliyinə tutulub ki, onların da əksəriyyəti gecə işində çalışanlar olub. Alimlər belə qənaətə gəliblər ki, gecə işi “yuxu – oyaqqalma” tsiklini pozur və metabolizm sindromunun inkişafına və piylənməyə səbəb olur. Deyilənlərə bunu da əlavə etmək lazımdır ki, bundan əvvəl alimlər gecə işinin həm də döş xərçənginin inkişafına səbəb olduğunu sübut ediblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.