Bu gün "Realnıy Azerbaydjan" qəzetinin redaktoru, keçmiş siyasi məhbus Eynulla Fətullayev ailə həyatı qurur.
26-09-2011 / 15:27
35 yaşlı jurnalistin toyu “Monte Kristo” şadlıq sarayında olacaq. Turan-ın “toy üçün yeri kim seçib” sualının cavabında Eynulla bildirib ki, özü seçib. Onun sözlərinə görə, bunu qəsdən etməyib, ancaq bu, şüuraltı qərar ola bilərdi.
Dörd ildən çox həbsdə olan və Avropa məhkəməsinin qərarı ilə azadlığa buraxılan E.Fətullayev Aleksandr Dümanın “Qraf Monte Kristo” romanını dəfələrlə oxuyub. Ancaq etiraf edir ki, həbsxanada bu kitaba əl vurmayıb. “Lakin digər dustaqlarla birlikdə Jerar Depardyenin ifasında “Qraf Monte Kristo” filminə baxdığını və aktyorun oyunundan zövq aldığını bildirib. Özünü ədalət uğrunda mübariz sayan Fətullayev Dümanın əsərinin qəhrəmanı ilə özünü müqayisə etmir: “Mən açıq fəaliyyət göstərirəm, inkoqnito deyiləm, lakin qrafın baxışları və hərəkətləri məndə rəğbət hissi oyadır”. Toydan sonra mübarizəni davam etdirib-etdirməyəcəyi barədə sual Eynulla müsbət cavab verib.
“İndi Monte Kristo kimi mən də azadlıqdayam və öz romanımda rolumu axıra kimi oynamaq qalır”, - o vurğulayıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.