İsveçli alimlərin araşdırmasına görə, gündə iki fincan qəhvə içmək iflic riskini azaldır
21-09-2011 / 17:24
FaktXeber.com-un "Science" jurnalına istinadən verdiyi məlumata görə, Stokholmdakı Karolinska İnstitutunda aparılan araşdırmada 1960-2011-ci illər arasında, 500 minə yaxın insanın məlumatlarına əsaslanaraq, səkkiz araşdırmanın nəticələri qiymətləndirilib.
Nəticələri "Science"da nəşr olunan araşdırmaya görə, gündə iki fincan qəhvə içmək, iflic riskini 14, üç, ya da dörd fincan qəhvə qəbulu isə riski 17 faiz azaldır.
Əvvəl aparılan araşdırmalarda da qəhvənin xolesterolu azaldan xüsusiyyəti olduğu və ağrıkəsicilərin təsirini artıraraq, çəkilən ağrını azaltdığı məlum olmuşdu.
Mütəxəssislər, qəhvənin nəfəsi açdığını və sümükləri gücləndirdiyini bildirir, qəhvədən çox qəbul olunmamasını qeyd edirlər. Xüsusilə yaşlılar, 2 fincandan sonra qəhvə qəbulu mövzusunda diqqətli olmaq məcburiyyətindədirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.