Musiqili Komediya Teatrı öz tamaşaçılarını yeni-yeni səhnə əsərləri ilə sevindirəcək
21-09-2011 / 16:16
FaktXeber.com-un verdiyi məlumata görə, 102-ci mövsümü Xaçmaz şəhərində Ü.Hacıbəylinin “Ər və arvad” operattası ilə açan teatr kollektivi Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibətilə ədibin “Hekayəti Molla İbrahimxəlil Kimyagər” komediyası əsasında hazırlanan “Kimyagər” tamaşasını öz səhnəsində sənətsevərlərə təqdim edəcək. Liberettonun müəllifi Əjdər Ol, bəstəkarı isə Siyavuş Kərimidir. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verəcəyi tamaşanın quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Bədii tərtibatını gənc rəssamlar Sevinc Həsənova və Novruz Məmmədovun verəcəyi tamaşada rolları Xalq artisti Afaq Bəşirqızı (Kimyagər), Əməkdar artist Əkbər Əlizadə, Ramil Qasımov (Həmid), Əzizağa Əzizov, Elxan İsmayılov (Hacı Kərim), Ələkbər Əliyev, Məhərrəm Qurbanov (Ağa Zaman), Ziyadxan Cəbrayılov, Möylə Mirzəliyev (Molla Salman), Novruz Əliyev, Nadir Xasıyev (Məşədi Cabbar), Əliməmməd Novruzov, Hüseyn Əlili (Dərviş), Səmədzadə Xasıyev, Fərid Rzayev (Səfər bəy), Ağaxan Şərifov, Elçin İmanov (Şeyx Salah), Emil Heydərov, Vüqar Hacıyev (Hacı Nuru) canlandıracaqlar.
Qeyd edək ki, teatrın kollektivi “Kimyagər” tamaşasını Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.