"Rövşən Əkbərov həm keçmiş, həm də ki indiki siyasi rəhbərliyin ən etibarlı kadrlarından biri olduğuna görə, onun törətdiyi cinayətin üstü ört-basdır edilir"
21-09-2011 / 15:49
Azadlığın və Sülhün Müdafiəsi Beynəlxalq Təşkilatı vasitəsilə Səmayə Əliyeva oğlu Elçin Əliyevin qətli ilə bağlı Azərbaycanın mətbuat orqanlarına müraciət edib. Oğlu Elçin Əliyevi 2001-ci ilin iyununda Kiyev şəhərində Şəmkir Korpusunun komandiri Rövşən Əkbərovun qətlə yetirdiyini iddia edən S.Əliyeva vurğulayıb ki, Ukrayna Baş Prokurorluğunun 2005-ci il mayın 11-də ona ünvanladığı məktubunda R.Əkbərovun oğlunun qətlində iştirakı haqqında sübutların olduğunu bildirib. Lakin nədəndirsə Azərbaycan hüquq mühafizə orqanları bu günə qədər hadisə ilə bağlı heç bir addım atmayıblar. Şəmkir Korpusunun komandiri general-leytenant Rövşən Əkbərov barəsində yayılan bu məlumatların nə dərəcədə inandırıcı olması ilə bağlı FaktXeber.com-a açıqlama verən və hadisənin baş verdiyi illərdə Müdafiə Nazirliyində işləmiş, hazırda ehtiyatda olan hərbiçi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov yayılan məlumatlara tam məsuliyyəti ilə inandığını qeyd etdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.