Qütb işıqları, ümumiyyətlə yaşıl rəngdə görsənsədə, mavi və bənövşəyi rənglərdə də müşahidə etmək mümkündür
20-09-2011 / 13:54
FaktXeber.com saytının "Dailymail"ə istinadən verdiyi məlumata görə, Şimal - cənub qütb işıqları olaraq tanınan auroralar, yer üzündən təxminən 350 kilometr yuxarıdakı Beynəlxalq Kosmos Stansiyas(n)ı (UUİ) astronomlarının kameralarına düşüb. Auroralar, xüsusilə qütb bölgələrində səmada görülən, dünyanın maqnetik sahəsi ilə Günəşdən gələn yüklü parçacıqların aktivləşməsi nəticəsində yaranan təbii işıldamalar olaraq tanınır. Qütb işıqları, ümumiyyətlə yaşıl rəngdə görsənsədə, mavi və bənövşəyi rənglərdə də müşahidə etmək mümkündür. Daha çox gecələr görülən işıldamalar, əsasən İyonosferdə meydana gəlir. 60 və 72 dərəcə Şimal və Cənub paralelləri arasında tez-tez rast gəlinir.
Astronomların çəkdiyi fotoşəkillər NASA-nın Elm və Analiz Llabaratoriyasında video klipə çevrilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.