Bu ilin yanvarından sentyabrın 10-dək Bakıda 933 yol qəzasında 210 nəfər həlak olub, 1130 nəfər xəsarət alıb
20-09-2011 / 11:21
Bu ilin yanvarından sentyabrın 10-dək Bakıda 933 yol qəzasında 210 nəfər həlak olub, 1130 nəfər xəsarət alıb. Bu barədə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. Əsədov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il 12 hadisə, 5 ölüm, 17 xəsarət artım olub. Əsədovun sözlərinə görə, ötən ilin anoloji dövrü ilə müqayisədə ölüm halları stabil qalsa da, xəsarət halları 9 fakt artıb.
O bildirib ki, bu ilin 8 ayında yol qəzalarında 58 uşaq həlak olub, 174 nəfər yaralanıb.Bu müddətdə sürücülər tərəfindən 244 284 yol hərəkət qaydasının pozuntusu qeydə alınıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.