FaktXeber.com-un "Scinece" jurnalına istinadən verdiyi məlumata görə, İngiltərə Səhiyyə Agentliyi tərəfindən açıqlanan məlumatlar, virus və bakteriya üzündən ağır xəstəliklərə düçar olan insanların sayında 2003-cü ildən bəri artım olduğunu göstərir.
Bu artımın səbəbi kimi, həddindən artıq miqdarda antibiotik istifadə edildiyini söyləyən alimlər, antibiotik istehlakının kəskin şəkildə azldılması lazım olduğunu bildirirlər.
Ən kiçik xəstəlik üçün belə antibiotik istifadə edildiyini söyləyən alimlər, ötən həftə Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı toplantısında verdikləri açıqlamada, "Həddindən artıq və düşünmədən antibiotik istifadə etmək, insanlığı antibiotikdən əvvəlki dövrə aparacaq", - deyə bildiriblər.
Xəstəxanalarda, qan infeksiyası və iltihab narahatlığı olan insanların müalicəsi üçün istifadə edilən antibiotikin təsirinin azaldığını söyləyən alimlər, bəzi dərmanların heyvanlara verildiyini və bu sayədə antibiotikin qida zəncirinə girdiyini açıqlayıblar.
Dünya Səhiyyə Təşkilatının Avropa bölgəsi başçısı Zsuzsanna Jakab, "artıq heç bir dərmanın yaxşılaşdıra bilmədiyi süperviruslar ortaya çıxıb" deyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.