Ağ lətli meyvə və tərəvəz qəbulunun iflic riskini azaltdığı bildirilir
19-09-2011 / 16:13
FaktXeber.com-un verdiyi məlumata görə, hollandiyalı mütəxəssislərin ''Stroke'' jurnalında nümayiş olunan araşdırması, alma, armud, banan və gül kələm kimi ağ lətli meyvə və tərəvəzlərin iflic keçirmə riskini 52 faiz azaltdığını bildirib.
Müşahidəçilər, gündəlik ağ lətli meyvə və tərəvəz qəbulunda 25 qramlıq artımın, iflic riskini 9 faiz aşağı saldığını kəşf edilib.
Araşdırmada iştirak edənlərin yediyi meyvə və tərəvəzləri də təsnif edən mütəxəssislər, iştirakçıların yarısından çoxunun alma və armudu çox yediyini təyin ediblər.
Mütəxəssislər, ağ lətli meyvə və tərəvəz qəbulunun faydalarına dair bu məlumatların, insanları digər rəngdəki meyvə və tərəvəzləri yeməkdən saxlamaması lazım olduğunu qeyd edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.