Məlumatlar bildirilir ki, dünyada hər 10 saniyədə 1-2 nəfər şəkərli diyabet xəstəliyindən ya dünyasını dəyişir, ya da ki, bədən üzvlərindən birini itirir
19-09-2011 / 11:33
FaktXeber.com-un verdiyi məlumata görə, Portuqaliyanın Lissabon şəhərində dünyanın müxtəlif ölkələrindən gəlmiş 17 min alimin iştirakı etdiyi 47-ci “Avropa Diyabet Konqresi” keçirilib. Konqresdə şəkərli diyabet xəstəliyi ilə bağlı təəccüb doğuran məlumatlar açıqlanıb. Məlumatlarda bildirilir ki, dünyada hər 10 saniyədə 1-2 nəfər şəkərli diyabet xəstəliyindən ya dünyasını dəyişir, ya da ki, bədən üzvlərindən birini itirir. Hər 10 saniyədə isə 1 nəfər dünyasını dəyişir. 2010-cu il ərzində 20-79 yaş arasında 285 milyon insan şəkərli diyabetə tutulub. Bu göstərici dünya əhalisinin 6,6%-ni təşkil edir. 2030-cu ildə isə şəkərli diyabet xəstələrinin sayının 438 milyon olması gözlənilir. 2010-cu ildə şəkərli diyabetdən dünyasını dəyişənlərin sayı 4 milyon nəfər olub. Dünya Sağlamlıq Təşkilatının açıqlamasına görə, 2030-cu ilə bu xəstəlikdən dünyasını dəyişənlərin sayı iki dəfə yüksələcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.