ABŞ-da, Vaşinqton universiteti tərəfindən aparılan araşdırma zamanı bəlli olub ki, yoxsul ölkələrdə yaşayan 50 yaşdan aşağı qadınlarda xərçəng xəstəliyi sürətlə yayılır
16-09-2011 / 16:00
FaktXeber.com-un verdiyi məlumata görə, nəticələri "Lancet" jurnalında nümayiş olunan araşdırmaya görə, müşahidələrdə ötən il 2 milyon qadında xərçəng xəstəliyinin müxtəlif növləri yoxlanılıb. 2010-cu ildə 625 min qadın xərçəng xəstəliyindən dünyasını dəyişib.
Beynəlxalq məlumatlarda, xərçəng xəstəliyinin hər il artdığı, bu səbəbdən də ölənlərin sayının çoxaldığı bildirilir. Bu artımın qismən əhalinin yaşayışı ilə, qismən də qida çatışmazlığı, köklük, genetik faktorlarla əlaqədar olduğu vurğulanır.
Qeyd edək ki, mütəxəssislər, dünya liderlərinə, inkişaf etməkdə olan ölkələrdə xərçəngin önlənməsi işlərinə prioritet verilməsi çağırışını ediblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.